Qəzadan canını qurtarmaq istədi: Başqa maşın üstündən keçdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonunda bir neçə minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Xəsarət alan sürücülərdən biri - Elxan Əliyev əzilmiş avtomobilindən düşüb yolu keçmək istəyərkən başqa avtomobil onun üstündən keçib.
O, hadisə yerində ölüb.

