Icma.az
close
up
RU
Qəzadan sağ çıxan sərnişin: Onlar kimliyini deyəndə ağlamağa başladıq, çünki...

Qəzadan sağ çıxan sərnişin: Onlar kimliyini deyəndə ağlamağa başladıq, çünki...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Dekabrın 25-də Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarədən sağ çıxarılan 29 nəfərdən biri olan Qırğızıstan vətəndaşı xəstəxanada jurnalistlərin suallarını cavablandırıb.

Globalinfo.az xəbər verir ki, Yerlan Cunuşaliyev adlı şəxsin müxtəlif sınıq xəsarətləri və çoxsaylı zədələri var.

Zərərçəkmiş deyib ki, təyyarə qəzaya uğradıqdan sonra qazaxıstanlı xilasedicilər dərhal hadisə yerinə gəliblər:

“Həmin vaxt sərnişinlər təyyarənin dəqiq hara düşdüyünü bilmirdilər. Güclü bir zərbə oldu, huşumu itirdim, ona görə də xilasedicilərin nə vaxt gəldiyini bilmədim. Təyyarə çevrildiyi üçün hər kəs üzü üstə qalmışdı”.

Yerlan Cunuşaliyev xilasedicilərin xəsarət alanları təhlükəsizlik kəmərini kəsərək çıxardıqlarını bildirib:

“Bizi xilas etdikdən sonra onların kim olduğunu soruşduq, “qazaxlar” cavabını verdilər. O an biz ağlamağa başladıq. Çünki elə bilirdik ki, tamam başqa ölkədəyik”.

Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 39 nəfər ölüb, 28 nəfər yaralanıb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri