Icma.az
close
up
RU
Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? VİDEO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xatırladaq ki, bir müddət əvvəl Bizim.Media Qəbələ rayonunun Mirzəbəyli kəndində uzun illərdir qəzalı vəziyyətdə olan körpü ilə bağlı problemi işıqlandırıb. Üzərindən bir ay keçməsinə baxmayaraq, Qəbələ Şəhər İcra Hakimiyyətinə ünvanlanan suallar hələ də cavabsız qalıb. Qəbələ şəhər sakinlərinin isə redaksiyamıza bununla bağlı müraciətləri bitmir.
 

MÖVZU İLƏ BAĞLI:
Qəbələdə təhlükə saçan KÖRPÜ – “Şagirdlər buradan keçib məktəbə gedirlər” – VİDEO


Maraqlıdır, icra hakimiyyəti insanların həyatına ciddi təhlükə yaradan problemə niyə bu qədər biganə yanaşır?

Məsələ ilə bağlı təkrar Qəbələ Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza reaksiya verilməyib.
Mövzu ilə bağlı Qəbələnin Mirzəbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulsalam Hüseynovla əlaqə saxladıq. Problemlə tanış olan Abdulsalam Hüseynov suallarımızı cavablandırmaq əvəzinə  əməkdaşımızın üzünə telefonu söndürməklə kifayətləndi. Bu isə bir daha göstərir ki, yerli nümayəndələr də İcra Hakimiyyətinin laqeyd mövqeyini təkrarlayır.
Qeyd edək ki, Mirzəbəyli çayı üzərindəki qəzalı körpüdən hər gün yüzlərlə insan istifadə edir. Xüsusilə məktəblilərin təhlükəli körpü ilə hərəkət etməsi valideynləri təşvişə salır. Onlar uşaqlarının həyatına təhlükə gəlməsin deyə övladlarını məktəbə özləri aparmağa məcbur olurlar.
Şikayətçilər bildiriblər ki, indiyədək bir neçə dəfə kənd sakinləri həmin körpüdən çaya yıxılıb. Yağışlı havalarda çayın səviyyəsinin qalxması isə vəziyyəti daha da təhlükəli edir.
Məsələ ilə bağlı suallarımız isə açıq qalır:
İnsanların həyatına real təhlükə yaradan qəzalı körpü ilə bağlı İcra Hakimiyyəti niyə hərəkətə keçmir? İnsanların həyatına niyə biganə yanaşılır?
Mövzunu diqqətdə saxlayacağıq.
Aygün Hüseyn, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Sentyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri