Qəzanı törədən "Bolt" sürücüsünü hansı cəza gözləyir? Hüquqşünasdan AÇIQLAMA
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Dünən Nizami rayonunda, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində "Bolt" sürücüsünün törətdiyi qəza hamını heyrətə salıb. Qəza nəticəsində taksi xidməti göstərən avtomobilin sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaxın vaxtlarda aidiyyatı qurumlar baş verən hadisəyə hüquqi qiymət verəcəklər.
Bakupost.az xəbər verir ki, Sfera.az-a açıqlama verən hüquqşünas Anar Məmmədov isə hesab edir ki, baş vermiş hadisəyə görə məsuliyyət sürücünün üzərindədir.
Hüquqşünas bildirib ki, bu kimi hallarda tətbiq ediləcək cəza hadisənin ağırlıq dərəcəsindən və nəticələrindən asılı olaraq dəyişir:
“Əgər qəza nəticəsində yalnız maddi ziyan baş veribsə, bu zaman sürücü mülki məsuliyyət daşıyır və zərərin ödənilməsi ilə bağlı qərar çıxarılır. Lakin hadisə zamanı insan xəsarət alıbsa və ya həyatını itiribsə, artıq cinayət məsuliyyəti yaranır” , – deyə A.Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, insanların sağlamlığına ağır zərər vurulması və ya ölüm hallarına səbəb olan yol-nəqliyyat hadisələrində sürücülərə qarşı azadlıqdan məhrumetmə, sürücülük hüququndan məhrumetmə kimi cəzalar nəzərdə tutulur.
“Cəzanın müddəti və forması qəzanın səbəblərindən — məsələn, spirtli içki qəbul edilib-edilməməsi, sürət həddinin aşılması, yol nişanlarına əməl olunmaması kimi amillərdən asılı olaraq dəyişir”, – deyə hüquqşünas əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 11 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















