Icma.az
close
up
RU
Qəzaya düşən İcra Hakimiyyəti əməkdaşları Vardanyanın məhkəməsindən qayıdırlarmış Yenilənib

Qəzaya düşən İcra Hakimiyyəti əməkdaşları Vardanyanın məhkəməsindən qayıdırlarmış Yenilənib

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Hacıqabul rayonunda “Mercedes Vito” markalı nəqliyyat vasitəsi qəzaya düşüb.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, qəzaya düşənlər Tərtər Rayon İcra Hakimiyyətinin işçiləridir.

Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər RİH-nin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı əməkdaşlar xəsarət alıblar.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar və orada müalicə olunurlar.

Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, həmin şəxslər hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar və tədbir bitəndən sonra rayona qayıdırlarmış.

***

“Qafqazinfo”nun xəbərinə görə, Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları mayın 6-da  Ruben Vardanyanın məhkəməsindən qayıdarkən Hacıqabul rayonu ərazisində qəzaya düşüblər.

Yağışlı hava şəraitində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan Tərtər rayon Umudlu kənd ərazi nümayəndəsinin müavini Qurbanzadə Bəhruz Aprel oğlu, Qızıloba kənd ərazi nümayəndəsinin müavini Əliyeva Rübabə Cavanşir qızı, Çaylı kənd ərazi nümayəndəsinin müavini Abdullazadə Anar Allahverən oğlu, həmçinin, Əzimova Zəminə Məhəmməd qızı, Tahirova Kəmalə Sabir qızı, Aslanova Ləman, Ələkbərova Vüsalə və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşının oğlu Paşayev Ziya Zabil oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Baş vermiş hadisə zamanı xəsarət alan B.Qurbanov, A.Abdulllazadə, K.Tahirova, Z.Əzimova Tərtər Rayon Mərkəzi Xəstəxanasına təxliyə edlib. Digər xəsarət alan Rübabə Əliyevanın vəziyyəti ağır olduğundan Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yüngül xəsarət alan şəxslərə isə yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri