Qəzənfər Abbasov: Bu fərqi aradan qaldırmaq üçün çox qol vurmağımız lazımdır
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"İlk dəqiqələrdən üstünlüyü ələ alıb erkən qollar vurmağı planlaşdırmışdıq ki, bu da alındı. Birinci yarının sonunda futbolçumuzun qırmızı vərəqə alması isə xoş olmadı və məcburi dəyişiklik etdik". Bu sözləri Sport24.az-a açıqlamasında Qəzənfər Abbasov deyib.
Gənc mütəxəssis İkinci Liqanın 9-cu turunda "Kür-Araz"a qalib gəldikləri oyunu şərh edib.
"Meydanda 10 nəfərlə qalırsansa, futbolçular ikiqat yüklənir. Əsasən hücum mövqeyimizə təsir etdi. Buna baxmayaraq, komanda ruhdan düşmədi, sonadək mübarizə apardı. Düşünürəm qırmızı vərəqə almasaydıq, daha çox qol vura bilərdik. Turnir cədvəlində ilk pillədə olan "Xankəndi"dən 4 top geridəyik. Bu fərqi aradan qaldırmaq üçün çox qol vurmağımız lazımdır. Hələ qarşıda "Xankəndi" ilə iki oyunumuz var. Onların xal itirməsini gözləmirik. Biz öz yolumuzla gedirik. Növbəti turda rəqibimiz "Şirvan"dır. Çempiontda 5-6 güclü komanda varsa, biri bu rəqibdir. Xal itkisinə yol vermək istəmirik. Çalışacayıq qələbə qazanaq".
Qeyd edək ki, "Qaradağ Lökbatan" 9-cu turda "Kür-Araz"ı 3:0 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 19 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















