Icma.az
close
up
RU
Qəzənfər Abbasov: Meydana girən futbolçular oyuna yaxşı qoşula bilmədi

Qəzənfər Abbasov: Meydana girən futbolçular oyuna yaxşı qoşula bilmədi

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Meydan amili özünü göstərdi. Təbii meydançada oynayacağımızı bilirdik. Çempionatda matçların 90 faizini süni örtükdə oynayırıq və özümüzdə sünidə məşq edirik. Bəlkə də bu məqam istədiyimizə nail olmağa imkan vermədi. Futbolçularım verdiyim tapşırıqları yerinə yetirdilər". Bu sözləri Sport24.az-a açıqlanmasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Qəzənfər Abbasov deyib.
Gənc mütəxəssis Azərbaycan Kubokunun II təsnifat mərhələsində "İmişli"yə qarşı son dəqiqə qolu ilə məğlub olduqları qarşılaşmanı şərh edib:
"Oyun başlayan kimi "İmişli" erkən qol vurmaq istəyirdi. Biz əks-hücumda rəqibi yaxaladıq, ilk qolumuzu vurduq. Sonra isə rəqib təzyiqi artırdı. Bu da gözlənilən idi. Birinci hissədə hesabı qoruya bildik. İkinci yarı başlayan kimi "İmişli" 4 əvəzetmə etdi. Bu 4 futbolçu meydana girən kimi təzyiqi daha da artırdılar və bərabərlik qolunu vurdular. Buna baxmayaraq, futbolçularım ruhdan düşmədi. Hesabda ikinci dəfə önə çıxdıqdan sonra rəqibdə çaşqınlıq yarandı. Bizim futbolçularda isə yorğunluq hiss olunurdu ki, belədə məcburi dəyişiklik etdik. Meydana girən futbolçular isə oyuna yaxşı qoşula bilmədi və rəqib ikinci qolu vurdu. Yekunda "İmişli" əsas vaxta əlavə olunmuş dəqiqələrdə qələbə qolunu vurdu".

Abbasov elita ilə aşağı liqalar arasında olan fərqdən də danışıb:

"Premyer Liqa və İkinci Liqa arasında səviyyə fərqi böyükdür. Birinci və ya İkinci Liqa klubları isə eyni səviyyədədir. "Qaradağ Lökbatan" olaraq çalışırıq ki, səviyyəmizi ikinci yox, Birinci Liqa səviyyəsində saxlayaq. Ona uyğun futbolçularımız var. Sadəcə ötən mövsüm uğursuzluq olub, komanda İkinci Liqaya düşüb. Çalışacağıq yenidən Birinci Liqaya qayıdaq. "İmişli" ilə matç futbolçularımız üçün imtahan oldu. Onlar gördülər nəyə qadirdilə, nəyə gücləri çatır".

Qeyd edək ki, "Qaradağ Lökbatan" - "İmişli" oyunu 2:3 hesabı ilə başa çatıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sport24.az
archiveBu xəbər 30 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri