Icma.az
close
up
RU
Qəzənfər Abdullayev Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin fəxri üzvü seçildi

Qəzənfər Abdullayev Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin fəxri üzvü seçildi

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbirdə dövlət və hökumət nümayəndələri, şəhid ailə üzvləri, media nümayəndələri və könüllü gənclər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  Dövlət Himni səsləndirilib. "Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi, Ali Məclisin deputatı Üzeyir Məmmədov birliyin yaranma tarixi və fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. 

"Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov bildirib ki, 2024-cü ildə, ümumilikdə, 24 tədbir keçirilib. Bunlardan 12-si hər ayın son ongünlüyündə şəhidlərimizin doğum günlərinin qeyd olunması ilə bağlı təşkil olunan tədbirlərdir. Vurğulanıb ki, həmin tədbirlərin ərsəyə gəlməsində Naxçıvan Dövlət Universiteti, Həmkarlar İttifaqları Şurası, Təhsil Nazirliyi, Müəllimlər İnstitutu və digər dövlət orqanları tərəfindən İctimai Birliyə böyük dəstək göstərilib. Həmçinin əsası vətənpərvərlik qayəsi olan, şəhidlərimizin tanıdılması məqsədilə təşkil edilən bu tədbirlərin işıqlandırılmasında Naxçıvan Televiziyası və "Şərq qapısı” qəzeti, eləcə də digər media nümayəndələri yaxından iştirak edib.

Digər çıxış edənlər də birliyin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, eləcə də şəhid ailələrinə lazımi dəstəyin göstərilməsi baxımından birliyin fəaliyyəti təqdirəlayiqdir.

Tədbirdə "Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin fəxri üzvlərinə vəsiqə və plaketlər təqdim olunub. Həmçinin birliyin fəaliyyətinin ictimaiyyətə çatdırılmasında fərqlənən dövlət orqanları və media əməkdaşlarına, eləcə də könüllü gənclərə təşəkkürnamələr, birliyin üzvlərinə isə vəsiqələr təqdim olunub. Tədbirin sonunda 2025-ci il ərzində "Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi tərəfindən nəzərdə tutulan tədbirlər barədə iştirakçılara məlumat verilib. 

Qeyd edək ki, "Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin fəxri üzvü seçilən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevə vəsiqə və plaket də təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri