Icma.az
close
up
RU
Qəzetlər yenidən dirçələcəkmi? Rauf Arifoğlunun təklifləri

Qəzetlər yenidən dirçələcəkmi? Rauf Arifoğlunun təklifləri

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycanda çap mediasının taleyi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Cəmiyyətdə “qəzet dövrü bitib” kimi fikirlər səslənsə də, məsələyə fərqli prizmadan yanaşanlar, qəzetlərin işıq üzü görməsinin vacibliyini vurğulayanlar da var.

Azərbaycanın aparıcı media qurumlarından birinin - "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu çap mediasının yaşamasının tərəfdarlarındandır.

Avtosfer.az-ın məlumatına görə, O, "Teleqraf"a açıqlamasında bildirib ki, qəzetlərin zəifləməsi reallıq olsa da, bu, onların tamamilə sıradan çıxması anlamına gəlməməlidir. Onun sözlərinə görə, çap mediasının yenidən dirçəlişi üçün həm potensial, həm də real icra mexanizmləri mövcuddur.

Rauf Arifoğlunun fikrincə, qəzetlərin media aləmində mövqeyinin zəifləməsi birdən-birə baş verməyib.

"Bu, problemlərin uzun illər həll olunmamasının nəticəsində baş verib. Problemlər əsasən aşağıdakılardan ibarətdir. Kontentin dəyərinin azalması – İnternetin operativliyi səbəbindən qəzetlərin xəbərləri köhnəlmiş hesab olunur. Həmçinin analitik dərinlik zəifləyib. Digər məsələ çatdırılma və yayım şəbəkəsinin çökməsidir. Köşklərin bağlanması və abunə sisteminin geri düşməsi tirajları azaldıb. Vizual və texniki gerilik də qəzetlərin günün tələbləri ilə uyğunlaşmamasına gətirib çıxarıb. Dizayn, səhifə tərtibatı və çap keyfiyyəti müasir oxucunun gözləntisinə uyğun deyil. Nəhayət, kadr axını problemi. Təcrübəli jurnalistlərin internet media sektoruna keçidi nəticəsində qəzet redaksiyaları zəiflədi" - deyə, R.Arifoğlu qeyd edib.

R.Arifoğlu bildirir ki, qəzetlərin sıradan çıxması, ümumiyyətlə, cəmiyyətin düşüncəsinə mənfi təsir göstərə bilər:

“Televiziya kino sənayesini məhv etmədi, sosial media televiziya kanallarını yox etmədi. Hər media forması öz funksiyasını adaptasiya edərək yaşayır. Qəzet də məhv edilməməli, yenidən qurulmalıdır.”

Rauf Arifoğlu çap mediasının əvvəlki nüfuzunun bərpası üçün mərhələli həll planı təklif edir:

"Birincisi, dövlət dəstəyi yeni mexanizmlə həyata keçirilməlidir. Dəstək kiçik və aylıq deyil, birdəfəlik modernləşmə kapitalı formasında olmalı, layihələr biznes plana əsaslanmalıdır. Aparıcı qəzetlər üçün 1–2 milyon manatlıq inkişaf paketləri nəzərdə tutulmalıdır. İkincisi, kontent yenidən formalaşdırılmalıdır. Qəzet operativ xəbər yox, analitik düşüncə platforması olmalı, araşdırma yazıları, esse və müsahibələr ön plana çəkilməlidir. Qəzet materiallarının tam şəkildə sayta köçürülməsi dayandırılmalıdır. Üçüncüsü, çap və yayım infrastrukturunun müasirləşdirilməsi. Birgə çap mərkəzləri və yeni satış nöqtələri yaradılmalı, regionlara abunə paylanması bərpa olunmalıdır. Dördüncüsü, yeni abunə modelləri hazırlanmalıdır. Çap və onlayn kombinə edilmiş paketlər, şirkətlər və universitetlər üçün xüsusi tariflər tətbiq oluna bilər. Nəhyət, kadrların yetişdirilməsi üçün təlim, redaksiya məktəbləri yaradılmalı, təqaüdlər ayrılmalıdır".

Rauf Arifoğlu hesab edir ki, çap medianın yaşaması yalnız informasiya çatdırmaq funksiyası ilə bağlı deyil — bu, cəmiyyətin intellektual səviyyəsi, müzakirə mədəniyyəti və ictimai yaddaşın qorunması məsələsidir:

“Qəzetin bağlanması sadəcə bir media platformasının yox olması deyil, düşüncə mədəniyyətinin zəifləməsidir. Qəzet ölməyib, o, yenidən doğulmağa ehtiyac duyur.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Noyabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri