Icma.az
close
up
RU
Qəzza ilə bağlı Qərb dövlətlərindən İsrailə təzyiqlər artır: Fələstinin müstəqilliyi gündəmdə...

Qəzza ilə bağlı Qərb dövlətlərindən İsrailə təzyiqlər artır: Fələstinin müstəqilliyi gündəmdə...

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bütün dünyanın gözü önündə Qəzza əhalisi aclıq və susuzluqla sınağa çəkilir, körpələr, yaşlılar, qadınlar aclıqdan ölürlər. Üstəgəl İsrailin hücumları, yardım üçün növbəyə duranların atəşə tutulması vəziyyəti daha da dramatikləşirir. Dünyanın müxtəlif yerlərində Qəzza ilə bağlı çağırışlar artmaqdadır. Beynəlxalq təşkilatlardan vaxtaşırı bəyanatlar səsləndirilir. Bir çox dövlətlər Fələstinin müstəqil dövlət kimi tanınmasını dəstəkləyirlər. Ancaq bütün bunlar İsraili  dayandırmaq üçün yetərli deyil. 

Mövzu ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, Qəzzadakı vəziyyətlə bağlı beynəlxalq səviyyədə ciddi dəyişikliklər baş verə bilər:

Onun sözlərinə görə, əvvəllər dünya ictimaiyyəti Qəzzadakı insan faciələrinə biganə yanaşsa da, son dövrlərdə bu məsələ qlobal gündəmin əsas mövzularından birinə çevrilib: "Bir sıra nüfuzlu ölkələr İsraili bölgədəki hərbi əməliyyatları dayandırmağa çağırırlar. Eyni zamanda Qəzzada insanlara humanitar yardımların göstərilməsi üçün şərait yaradılmasını tələb edirlər. Bir çox dövlətlər, xüsusən də Qərb dövlətləri İsraildən savaşı dayandırmaqla yanaşı, bu münaqişəni sülh yolu ilə, həm də beynəlxalq hüquq normaları çərçivəsində həllini tələb edirlər. Qərb hesab edir ki, bu münaqişə iki dövlət formatında həll edilməlidir. Fələstinin müstəqil dövlət kimi tanınması istiqamətində səylər artır. Fələstin və İsrail iki müstəqil dövlət kimi sülh şəraitində yaşamalıdır".

E.Xalidbəyli vurğuladı ki, hazırda bu istiqamətdə ciddi proseslər başlayıb: "ABŞ-da da ciddi narahatlıq mövcduddur. ABŞ İsrailin ən yaxın müttəfiqidir və hazırki münaqişələrdə Təl-Əvivi dəstəkləyir. Ancaq Donald Tramp administrasiyası ABŞ-da İsrailə qarşı formalaşan antipatiyadan narahatdır. Ona görə də, Tramp administrasiyasının da son vaxtlar rəsmi Təl-Əvivə təzyiqlər etməsi ilə bağlı məlumatlar mövcuddur".

Siyasi şərhçinin sözlərinə görə, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasında Fələstin mövzusunda müəyyən addımlar atıla bilər: "Xüsusilə Fransa və Böyük Britaniya artıq bu istiqamətdə ciddi mesajlar veriblər, Almaniya da analoji addımlar atmağa meyillidir. Paralel olaraq bəzi AB dövlətləri İsraillə iqtisadi-ticari əlaqələrə yenidən baxacaqları ilə bağlı təhdidlər irəli sürürlər. Bu mənada Yaxın Şərqdə  Fələstin münaqişəsi ətrafında vəziyyət getdikcə qəlizləşir. Bu proses müəyyən bir mərhələdə sona çatmalıdır. Fələstinin taleyi və Yaxın Şərqdə həyata keçirilən dağıdıcı proseslərin taleyi  böyük ölçüdə sentyabrda keçirilək  BMT Baş Assambleyasında aydınlaşa bilər.  

Nigar Əkbərova,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://sitat.info
archiveBu xəbər 01 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri