Icma.az
close
up
RU
Qəzza razılaşması müharibəni bitirəcək, yoxsa... Cavabsız qalan DÖRD SUAL

Qəzza razılaşması müharibəni bitirəcək, yoxsa... Cavabsız qalan DÖRD SUAL

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qəzza zolağı ilə bağlı İsraillə HƏMAS arasında sülh planının birinci mərhələsi üzrə atəşkəs razılaşması əldə olunub.
Razılaşmaya əsasən, təxminən iki min fələstinli məhbusun azadlığa buraxılması müqabilində israilli girovlar azad ediləcək.
HƏMAS da atəşkəs razılaşmasını təsdiqləyib. Qruplaşma eyni zamanda, bəyan edib ki, Fələstin xalqının müstəqillik və öz müqəddəratını təyinetmə hüququndan heç vaxt imtina etməyəcək.
“Biz fələstinlilərin fundamental hüquqlarını qorumaqda davam edəcəyik. Bu razılaşma bölgədə sabitliyə və sülhə doğru mühüm addımdır”, – deyə təşkilatın açıqlamasında vurğulanır.
Razılaşmanın rəsmi elanından dərhal sonra minlərlə Qəzza sakini şəhərə axışaraq müharibənin dayandırılmasını alqışlayıblar.
Xatırladaq ki, bu sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb. Planda girovların azad edilməsi, İsrail həbsxanalarındakı çoxsaylı fələstinlinin buraxılması, İsrail ordusunun mərhələli şəkildə Qəzza zolağından çıxarılması və digər məqamlar öz əksini tapıb.
İki ildir davam edən müharibəni nəhayət bitmiş hesab etmək olar?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov müharibənin tam olaraq bitdiyinə əmin deyil:
“İsrail-HƏMAS qarşıdurması fərqli istiqamətlərdən ibarət problemlərlə bağlı olaraq bir neçə pillələrdən ibarət olub. Hazırkı razılıq girovların azad edilməsi pilləsininin həllini nəzərdə tutur. Digər tərəfdən, aktiv hərbi əməliyyatların dayandırılması burada öz əksini tapıb”.
4 suala hələlik cavab yoxdur...
Həmsöhbətimiz qeyd edir ki, burada əsas vacib məsələ Qəzzanın gələcəyi və HƏMAS-ın oradakı mövcudiyyətilə bağlıdır:
“Son əldə edilən məlumatlardan belə görünür ki, həmin məsələ hələ də öz həllini tapmayıb. Qəzzanın ərazi olaraq silahsızlaşdırılması hansı səviyyədə olacaq, bərpa işləri kim tərəfindən həyata keçiriləcək, gələcək idarəetmə necə formalaşacaq və Qəzzada HƏMAS-ın mövcudiyyəti məsələsi, bu 4 əsas suala hələlik cavab yoxdur. Hazırda ancaq bir məsələ ətrafında razılığın şahidiyik - girovlar buraxılır və hərbi əməliyyatlar dayandırılır”.
Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Oktyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri