Qəzzada daha 30 fələstinli öldü
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son sutka ərzində blokadaya alınmış Qəzza zolağında İsrail qüvvələrinin anklav ərazisini bombalaması və atəşə tutması nəticəsində ən azı 30 nəfər ölüb, 99 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegaram” kanalında məlumat yayıb.
Nazirlik qeyd edib ki, bir neçə nəfər hələ də itkin düşmüş hesab olunur və qurbanlardan bəziləri bombardman zamanı dağılmış binaların dağıntıları altında qalıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, İsrailin Qəzzada hərbi əməliyyata başlamasından indiyədək anklavın əhalisi arasında ölənlərin sayı 44 835, yaralananların sayı 106 356 nəfərə çatıb.

Qəzzada daha 30 fələstinli həlak oldu
19 İyul 2025 15:42
Qəzzada bir gündə 70 fələstinli öldü
05 İyun 2025 17:36
Qəzzada səkkiz fələstinli soyuqdan donaraq öldü
02 Yanvar 2025 10:08
Qəzzada saxlanılan fələstinli İsrail həbsxanasında öldü
06 Mart 2025 14:36
Qəzzada aclıq böhranı: 18 fələstinli öldü
21 İyul 2025 13:41

