Qəzzada daha bir jurnalist öldürüldü
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin Media Ofisindən məlumat verilib.
Məlumata görə, İsrail ordusunun Qəzzada müxtəlif xəbər agentliklərində operator işləyən jurnalist Ömər Salah əl-Deyravinin evinə hava hücumu təşkil etdiyi bildirilib.
Qeyd olunub ki, fələstinli jurnalist Deyravi və valideynləri Qəzzanın mərkəzi hissəsindəki Əl-Zəvayidə bölgəsində evinin bombalanması nəticəsində həyatını itirib.
2023-cü il oktyabrın 7-dən etibarən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olan jurnalistlərin sayının 202-yə yüksəldiyi bildirilib.
Məlumatda həmçinin Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Federasiyası və bütün media qurumlarını Qəzzada həmkarlarına qarşı törədilən sistematik cinayətləri pisləməyə çağırıb və beynəlxalq ictimaiyyətdən beynəlxalq məhkəmələrdə İsrailə qarşı çəkindirici addımlar atması istənilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Yanvar 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















