Qəzzada ölənlərin sayı 44 minə çatır
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Ötən ilin oktyabrından bəri Qəzza zolağında 43 min 985 fələstinli həlak olub.
APA xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralıların sayı isə 104 min 92 nəfərə çatıb.
Ötən sutka ərzində isə Qəzza zolağında 13 nəfər həlak olub, 84 nəfər yaralanıb.

Qəzzada ölənlərin sayı 44 minə çatır
16 Noyabr 2024 15:29

