Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Qəzzada sülh olacaqmı? Fələstinli və israilli politoloqlardan EKSKLÜZİV

Qəzzada sülh olacaqmı? Fələstinli və israilli politoloqlardan EKSKLÜZİV

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İsraili bataqlıqdan xilas etmək üçün liderləri bir araya gətirən Qəzzadır”.

Bu sözləri Globalinfo.az-a fələstinli politoloq, Amerikanın Rutgers Universitetində Yaxın Şərq və siyasi elmlər üzrə tədqiqatçı Əbdül Həmid Siam Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti barədə açıqlamasında deyib.

“İsrailin baş naziri girovları güc yolu ilə azad edəcəyinə söz vermişdi, amma uğursuzluğa düçar oldu və HƏMAS hərbçilərini məğlub edəcəyini vəd etmişdi, bunu bacarmadı və Qəzzaya nəzarət edəcəyini, onun müqavimətini qırmağı vəd etmişdi, bu da uğursuz oldu. Bu sammit sübut edir ki, yer üzündə heç bir güc fələstinliləri öz torpaqlarından ayıra bilməz, heç bir güc Fələstin məsələsini qlobal gündəmdən çıxara bilməz”.

Ə.Siam bildirib ki, bölgədə real sülhün təmin edilməsi üçün Qəzza, Qərb Sahili və Şərqi Qüdsün də daxil olduğu müstəqil Fələstin dövlətinin qurulması şərtdir, yoxsa qısamüddətli atəşkəsdən sonra münaqişə yenidən başlayacaq:

“Dünya bu həqiqəti nə qədər tez dərk edərsə, bütün Yaxın Şərq və eləcə də dünya üçün bir o qədər yaxşıdır. Fələstin xalqına qanuni hüquqlarını vermədən real sülh mümkün deyil”.

İsrailli tarixçi və politoloq Avraham Şmuleviç isə sammitdə imzalanan Qəzza zolağında atəşkəslə bağlı yekun sazişin İsrail üçün müsbət nəticələrə malik olduğunu vurğulayıb:

“Birincisi, sazişdə İsrail və onun regional qonşuları arasında qarşılıqlı faydalı əlaqələrdən bəhs edilir və bunu sammitin bütün iştirakçıları, o cümlədən İraq, Türkiyə və Qətər prezidentləri imzalayıb. İsrail üçün ikinci müsbət cəhət odur ki, sammitin qərarında Fələstin dövlətinin yaradılması ilə bağlı heç nə deyilmir, əslində mövcud olmayan Fələstin xalqı haqqında heç bir işarə, hətta qeyd belə yoxdur. Və qondarma Fələstin dövlətinin müstəqilliyinin dünyada geniş şəkildə tanınmasından sonra bu, əlbəttə ki, İsrail üçün böyük nailiyyətdir. Sammit iştirakçılarının tərkibinə nəzər salsaq, Tramp ilk növbədə vətəndaşların reabilitasiyası və haqqında danışdığı möhtəşəm layihələrin həyata keçirilməsi üçün vəsait ayıra bilən dövlətləri oraya toplayıb. Bu da İsrail üçün müsbət nəticədir, çünki orada iştirak etmirdi. Amma ilk növbədə, bu, yenə də İsrail və HƏMAS-ın hərəkətlərindən asılıdır”.

A.Şmuleviç qeyd edib ki, HƏMAS-ın dağılmaq niyyətinin olmadığı əvvəldən bəlli idi:

“HƏMAS-ın dağılması onun siyasi təşkilat olaraq süqutu deməkdir. İsraili məhv etmək məqsədi HƏMAS-ın nizamnaməsində yazılıb və o dağılarsa, bu məqsəddən açıq-aşkar imtina etmiş sayılır. Aydındır ki, HƏMAS sonuna qədər müqavimət göstərəcək. Artıq təxribatlar başlayıb. Həmas yaraqlıları ilə İsrail qüvvələri arasında toqquşma olub, xəbərdarlıq atəşinə baxmayaraq, İsrail mövqelərinə yaxınlaşmağa cəhd edən bir neçə yaraqlı öldürülüb.

HƏMAS, bildiyiniz kimi, 28 girovun hamısının cəsədini qaytarmaqdan imtina edib və indiyədək yalnız dördü qaytarılıb. İsrail buna cavab olaraq müqavilənin icrasını dayandırıb. HƏMAS həm də İsraillə əməkdaşlıqda ittiham etdiyi insanların açıq şəkildə edamına başlayıb, təbii ki, heç bir məhkəmə prosesi olmadan. Bu, Qəzzada etiraz edən fələstinlilərin taleyi haqda danışan çoxsaylı hüquq müdafiəçilərini maraqlandıra biləcək məsələdir.

Qəzzada HƏMAS-ın hakimiyyətinə və yaraqlılarına qarşı çıxış edən müxtəlif klanlar arasında silahlı qarşıdurma gedir. İstənilən halda, prosesin davamı Trampın iradəsindən asılıdır. Onun HƏMAS-ın təmamilə tərksilah ediləcəyi barədə İsrailə səfəri zamanı verdiyi vədi yerinə yetirəcəyinə ümid edirik. Bu, davamlı sülh və imzalanan razılaşmanın həyata keçirilməsi üçün əsas şərtdir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri