Qəzzadan şok edən statistika: 400 min insan…
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail ordusu son bir həftə ərzində Qəzza zolağında azı 10 xəstəxana və klinikaya hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.
Hücumlar nəticəsində həmin tibb müəssisələri tamamilə və ya qismən sıradan çıxıb ki, bu da Qəzzada onsuz da çökmək üzrə olan səhiyyə sisteminə əlavə yük yaradıb. Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda bölgədə təxminən 400 min insan tibbi xidmət ala bilmir.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, Qəzzadakı xəstəxanaların 94 faizi ya ciddi zərər görüb, ya da tamamilə dağıdılıb. Hazırda bölgədəki 36 xəstəxanadan cəmi 19-u qismən fəaliyyət göstərir.
Qeyd edək ki, 7 oktyabrdan bu yana İsrailin Qəzzaya hücumları nəticəsində 53901 fələstinli həlak olub. Onların 17492-si uşaq, 11979-u isə qadındır. Ümumilikdə 122593 nəfər yaralanıb.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 25 May 2025 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















