Icma.az
close
up
RU
Qəzzanı bölüşməyən üç güc: Yaxın Şərq üçün 20 maddəlik sülh planı belədir MÜSAHİBƏ

Qəzzanı bölüşməyən üç güc: Yaxın Şərq üçün 20 maddəlik sülh planı belədir MÜSAHİBƏ

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Qəzzada atəşkəslə bağlı ilkin razılıq var. 20 maddəlik “Tramp planı” əsasında bölgənin gələcəyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Uzun on illiklər davam etmiş gərginliyin nəhayət sona çatacağını söyləmək olarmı?

- Əsas amil Qəzzada qan tökülməsinin dayandırılmasıdır. Bu müsbət addımdır. Eyni zamanda Fələstin dövlətinin yaradılması amili var. Burada əsas əngəl Qəzzada HƏMAS-ın mövcudluğu və İordan çayının qərb sahili adlanan ərazidə olan administrasiya ilə Fələstin dövləti arasında olanlar idi. Amma hər yerdə qəbul edilən Fələstin dövlətinə qarşı yanaşma heç də birmənalı deyil. HƏMAS Fələstinə qarşı İsraildən daha sərt mövqe sərgiləyir. Vaxtilə HƏMAS-la Fələstin administrasiya arasında qanlı qarşıdurmalar da baş verib. İndi isə əsas məsələ Fələstin dövlətinin yaranması fonunda HƏMAS-ın siyasi səhnədən getməsi ilə bağlıdır. İndiki reallıqda isə Fələstinin nüfuzu ərəb ölkələri arasında çox zəifdir. Bir çox ərəb ölkələri Fələstinlə əlaqələr qurmaq istəmir. Fars körfəzi ölkələri ayrılan maddi yardımlar fonunda onları korrupsiyada ittiham edir. Bu baxımdan bölgə ilə bağlı problemlər çoxdur və bu heç də təkcə İsraillə bağlı deyil. Məhz bu məsələlərin həll olunması vacibdir.

- Yaxın Şərq üçün əsas problem nədən ibarətdir? BMT qətnamələrinə uyğun iki dövlət prinsipinə əsaslanan bir modelin yaradılması ehtimalı varmı?

- Yaxın Şərqin əsas problemləri iki hissədən ibarətdir. Birinci istiqamət, BMT qətnamalərinə uyğun olaraq iki dövlətin yaradılması və onlar arasında sərhəddin müəyyən olunması ilə bağlıdır. Digər mövzu isə bölgədə olan müqəddəs yerlərin və ya Qüdsün statusudur. Burada isə fikir ayrılıqları çoxdur. HƏMAS-ın bayrağında Qüds yazılıb, İranın xaricdə əməliyyat aparan hərbçiləri də Qüds adlandırılır və s. Ona görə də burada əsas problem Qüdslə bağlıdır. Qüds yəhudilər, müsəlmanlar, xristianlar üçün müqəddəs yerdir. Altı əsrdən çox bu ərazilər Osmanlı imperiyasının himayəsində olub. Daha sonra bir müddət Böyük Britaniya və onun ardınca İsrail müqəddəs yerləri zəbt edib. Bu baxımdan problem hələ də öz həllini tapmayıb.

- Xüsusi bir statusla Qəzza məsələsinin həlli mümkündürmü?

- Hazırda demoqrafik dəyişikliklər baş verib. Ona görə də bölgəyə xüsusi bir statusun verilməsi mümkün deyil. Çünki İsrail Qüdsü özü üçün paytaxt etmək istəyir. Az qala dünyanın yarısı bu fikri dəstəkləyir, digər bir hissəsi isə bunu qəbul etmir. Amma müqəddəs yerlər üçün hansısa statusun olması vacibdir. Bunun təminatçıları fonunda isə üç dinin (xristian, yəhudi və müsəlman) idarə olunması üçün xüsusi bir qurumun yaradılması ehtimalı da var. Təəssüf ki, tərəflər gərginliyi aradan qaldırmaq üçün bu məsələni müzakirə etmir.

- Buna nə maneə olur?

- İsrail açıq şəkildə buna imkan vermir. Türkiyənin mövqeyi isə daha konseptualdır. Ankara bu məsələdə Bakı ilə də eyni mövqedən çıxış edir. İsrailin öz daxilində belə bu məsələnin həll olunmasının tərəfdarları var. Yəni, İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı bu məsələdə müxalif qüvvələr çoxdur. Ola bilsin, bu mövzulara dair İsrailin də siyasətində hansısa dəyişiklik edilsin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri