Icma.az
close
up
RU
Yaxın və Orta Şərq üçün sülh imkanı...

Yaxın və Orta Şərq üçün sülh imkanı...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının uğurlu vasitəçilik missiyası

Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın Qlobal cənubun inkişafında müsbət tendensiyalı iştirakını, ən əsası isə sülh və sabitlik üçün mühüm addımlar atmasını şərtləndirib. Yeni siyasi-iqtisadi nizamın yaradıcı və istiqamətləndirici komponentləri arasında bərabərtərəfli əməkdaşlıq, beynəlxalq hüquqa hörmət, qlobal təhlükəsizliyin təmininə töhfə, regional maraqların müdafiəsi kimi aparıcı ünsürlər xüsusi əhəmiyyət daşıyır - bu yeni reallıq fonunda Azərbaycan barışdırıcı, sülhpərvər siyasəti, humanitar təşəbbüsləri və qlobal dialoqa verdiyi töhfələrlə Qlobal Cənubun aparıcı liderlərindən birinə çevrilməkdədir.

Formalaşdırılan geniş siyasi mahiyyət: təhlükəsizlik immuniteti gücləndirilir, qlobal proseslərə müdaxilə imkanları yaranır

Azərbaycanın yeni qlobal proseslərdəki rolunun artması, yeni perspektiv əməkdaşlıqların meydana çıxması bir daha onu göstərir ki, rəsmi Bakı apardığı siyasi-iqtisadi strategiyada uzaqgörənlik, operativlik, çevik dəyərləndirmə kimi mühüm ştrixlərə söykənir. Əlaqələrin inkişaf etdirilməsi isə yeni iqtisadi-siyasi situasiyanın üfiqlərinin genişlənməsidir. İndiki halda Qlobal Cənubda sülh və sabitliyin formalaşması, bu coğrafi regionun yeni nizama inteqrasiyası prosesində aktiv iştirakımız mühüm nəticələrə yol açır, gələcək üçün ümidlər yaradır. Azərbaycanın Yaxın və Orta Şərqdə silahların susması, əməkdaşlıq perspektivlərinin daha da möhkəmlənməsi üçün aparıdı siyasi kurs olduqca mühüm bir mənzərə formalaşdırıb:

- Zəngəzur xətti ilə “vahid iqtisadi-siyasi yol” predmetinin ön plana çıxması ilə Qlobal Şimalın Qlobal Cənuba və Qlobal Şərqə diqqəti labüdləşir;

- Qlobal Cənubun ən vacib dövlətləri arasında sülh və sabitlik indeksi sürətlə müsbət inkişaf xəttinə qədəm qoyur;

- Dünyanın iqtisadi - ticari nüvəsinin coğrafi parametrləri dəyişir: Azərbaycan sülhün bərqərar olması üçün məsuliyyətli vasitəçi rolunu aktiv və olduqca feektiv formada reallaşdırır.

Beləliklə, rəsmi Bakı formalaşdırdığı geniş siyasi mahiyyətlə regionda yeni beynəlxalq münasibətlər sistemini qurur. Bölgənin təhlükəsizlik immuniteti gücləndirilir, qlobal proseslərə müdaxilə imkanları yaranır. Bu amili biz Yaxın və Orta Şərqin misalında daha aydın görə bilərik.

Bakı sülh platforması: Yaxın və Orta Şərq üçün sabitlik formulu...

Günümüzün reallığında siyasi-hərbi proseslərin inkişafı göz önündədir. Açıq etiraf olunmalıdır ki, beynəlxalq statuslu, hətta sülhyaratma missiyalı beynəlxalq təşkilatlar belə sabitliyi formalaşdırmaqda çətinlik çəkir, hətta bunu bacarmır. Azərbaycanın timsalında bu faktı açıq-aydın müşahidə etmək mümkündür - 30 ilə yaxın BMT TŞ kimi qüdrətli bir qurumun qəbul etdiyi, dünyanın aparıcı dövlətlərinin altına imza atdığı qətnamələr icra edilmədi və nəticədə Azərbaycan öz gücü və səyi ilə ədaləti bərpa etdi. Bu gün astanasında olduğumuz sülh prosesinin zəmanətli və əbədi olması üçün isə Vaşinqtonda imzalanan üçtərəfli sənəd olduqca mühüm əhəmiyyət daşıyır. Bu nöqteyi - nəzərdən səmimi sülhün yaranması üçün vasitəçi rolda olan dövlət və ya təşkilatların prosesə aydın, birtərəfli olmayan, ümumi mənaeyə əsaslanan yanaşması mütləqdir. Azərbaycanın Yaxın Şərqə münasibətdə tutduğu mövqe də məhz bu parametrlərə əsaslanır. Azərbaycan Türkiyə - İsrail və ya İsrail -Suriya münasibətlərində yeni mərhələnin başlanması, prosesin dialoq müstəvisində inkişafı üçün vacib bir fəaliyyət ortaya qoymaqdadır. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Prezident İlham Əliyev İsrail ilə Suriya arasında münasibətlərin normallaşması üçün imkanların olduğunu hesab etdiyini bildirib.

Ətrafımızda sülhün olmasını istəyirik: Suriya - İsrail danışıqları vasitəçiliyimizlə baş tutdu

İqtisadi əməkdaşlığın fonunda Azərbaycan başqa bir missiyanı da uğurla yerinə yetirib - Suriya ilə İsrail arasında danışıqlar prosesinə yaxından kömək göstərib. Dövlət başçısı müsahibəsində bildirib ki, Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu: “Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırılabilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək”.

Qeyd edildiyi kimi, Azərbaycan bölgənin əsas sülhyaratma mərkəzi kimi bir çox konfrantasiyaların həlli prosesinin “masa arxasına” transferində vacib rol oynayıb, beynəlxalq ictimaiyyət üçün etimad ünvanı olduğunu sübuta yetirib. Eyni fikirləri Suriya-İsrail arasında təmasların formalaşmasına verilən töhfə barədə də demək olar - bu mənada, Bakıda İsrail və Suriya nazirlərinin görüşü də təsadüf sayıla bilməz. Bakının isə bu kimi məsələlərdə ortaya qoyduğu mövqe alqışlanasıdır - Azərbaycan İsrail və Suriya arasında dialoq qurulmasına vasitəçilik etməklə iki ölkə arasında gərginliyin aradan qaldırılmasına töhfə verməyə çalışır. İsrail Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biridir. Bakının Dəməşq ilə ikitərəfli əlaqələrinə gəldikdə isə, vurğulandığı kimi, bu münasibətlər 2024-cü ilin 8 dekabrında baş verən hakimiyyət dəyişikliyindən sonra yeni bir mərhələyə qədəm qoyub.

Bakı-Dəməşq əlaqələri: yeni dövr üçün yeni münasibətlər

Sirr deyil ki, Bəşər Əsəd rejimi dövründə Suriya ilə Azərbaycan arasında əlaqələr mənfi tendensiyaya söykənirdi - Əsədin yürütdyü birtərəfli, ermənipərəst siyasət bu münasibətlərin inkişafına mane olurdu. Ötən ilin sonunda Suriyada hakimiyyət dəyişikliyi Bakı ilə Dəməşq arasında münasibətlərin yeni məcraya qədəm qoymasına şərait yaratdı. Ölkənin yeni hakimiyyəti ilə əlaqələr formalaşdırdı - qısa zamanda Azərbaycanın bir neçə nümayəndə heyəti Suriyaya səfər etdi və əməkdaşlığın perspektivləri müzakirə olundu. Azərbaycan Suriyaya humanitar yardım etməyə başladı və Türkiyə ilə birgə bu ölkənin qurulmasında iştiraka qərar verildi. Paralel olaraq Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı proses start götürdü - qeyd edək ki, bu ilin avqustunda artıq bu mərhələ həyata keçirilib, Azərbaycandan Suriyaya qaz nəqlinə başlanılıb.  Bəlli olduğu kimi, hələlik 1,2 milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzrə razılığa gəlinib. Gələcəkdə ixrac olunan qazın həcminin artırılacağı da istisna edilmir.

Suriyanın birliyi və bütövlüyü: biz separatizmin istənilən təzahürlərinə qarşıyıq

Burada diqqətdən yayınmaması gərəkən ən vacib məqamlardan biri də Azərbaycanın ədalət prinsiplərindən kənarlaşmamasıdır - başqa sözlə, Azərbaycan birmənalı şəkildə prosesin inkişafında beynəlxalq hüququn kodekslərinin qorunmasını, ədalət prinsiplərinin müdafiə olunmasını əsas götürür. Məsələn, Azərbaycan üçün Suriyanın ərazi bütövlüyü məsələsinə münasibət birmənalıdır - 30 ildən artıq işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycan bu məsələdə hər zaman birmənalı mövqe sərgiləyir. Təsadüfi deyil ki, Bakı bir neçə ildir davam edən Ukrayna - Rusiya müharibəsində də Ukraynanın ərazi bütövlüyünə dəstəklədiyini hər zaman bəyan edib. Suriya məsələsinə münasibətdə də analoj mövqe nümayiş olunur. Bakı Suriyanın birliyi və ərazi bütövlüyünü hər hansı münasibətlər üçün bir nömrəli ilkin şərt hesab edir. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə müsahibəsində bildirib ki, burada söhbət təkcə hüquqi baxımdan bütövlükdən və sərhədlərə nəzarətdən getmir, söhbət fiziki birlikdən gedir: “Ölkənin mərkəzləşdirilmiş sistemi, yaxud ən azından siyasi təsisatlarla bağlı fəaliyyət göstərən bir sistemi olmalıdır. Biz separatizmin istənilən təzahürlərinə qarşıyıq - istər Qarabağda, istər Suriyada, istərsə də dünyanın hər hansı bir digər yerində olsun”.

Türkiyə-İsrail münasibətləri hər zaman olduğundan daha gərgindir: bizdən kömək etmək xahiş olunsa...

Azərbaycan Yaxın və Orta Şərqdə münasibətlər sisteminin sülh və əməkdaşlıq prinsipi üzrə qurulması üçün səy göstərir. Bu müstəvidə ən mühüm məqamlardan biri də Türkiyə - İsrail münasibətləridir. Ölkəmiz bu istiqamətdə bir neçə də cəhdlər göstərib, hətta dialoqun qurulmasına da nail olub. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, biz normallaşma üçün imkan yarandığını görəndə yardımçı olmağa çalışırıq: “Türkiyə ilə İsrail arasında normallaşmanın birinci mərhələsində Azərbaycanın rolu hər iki ölkə tərəfindən qiymətləndirilib. Bilirsiniz ki, İsrail Prezidenti İsxak Hersoq Türkiyəyə səfər etdi. Biz şad olduq ki, iki ölkə arasında ümumi dil tapılır. Hazırda isə Türkiyə ilə İsrail arasında münasibətlər hər zaman olduğundan daha gərgindir. Ona görə də əgər bizdən kömək etmək xahiş olunsa, biz bunu edərik. Əgər edilməsə, ola bilsin ki, biz, sadəcə olaraq, ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə çalışarıq. Çünki ən mühüm olanı təhlükəsizlikdir”.

Bəli, Azərbaycan bölgədə sabitliyin formalaşması üçün bütün gücü ilə çalışır - nəzərə alsaq ki, hər iki ölkə Azərbaycanın yaxın dostu və əməkdaşlıq etdiyi ölkələrdir, Bakı hər zaman bu danışıqlar masasının qurulması üçün ən uyğun məkan sayılır. Azərbaycan hələ 2010-cu ildə də İsrail ilə Türkiyə arasında yaranmış gərginliyin aradan qalxmasında vasitəçilik edib və bu vasitəçilik kifayət qədər uğurlu olub. Biz bir daha bütün dünyaya dostlarımızın arasında hansısa gərginliyin olmasını istəmədiyimizi əyani şəkildə göstərərək barışdırıcı siyasət həyata keçirmişik. Bakı hər zaman bəyan edir ki, iki ölkə arasındakı əlaqələrin yenidən müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır. İsrail ilə Türkiyə arasında münasibətlərin inkişafı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edə bilər. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşımız İsrail arasında münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, iki dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi Azərbaycan üçün də yeni və mühüm perspektivlər yaradır.

Yeri gəlmişkən,  İsrailin ölkəmizə yeni təyin olunan səfiri Ronen Krausz Azərbaycan KİV-inə açıqlamasında Azərbaycana vasitəçilik səylərinə görə təşəkkür edib. Səfir bildirib ki, bu məsələdə Bakının rolu son dərəcə müsbətdir və bu, hər iki tərəfə danışıqlar masasına qayıtmağa kömək edib.

Yaxın Şərqdə ilk təcrübə: regionun enerji təminatında yaxından iştirak...

Nəticə etibarı, Azərbaycan Qlobal Cənubun fonunda Yaxın Şərqdə böyük rol oynamaqdadır. Azərbaycan-Suriya əlaqələri, eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasətinin bir hissəsidir. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan hər yerdə olduğu kimi, Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan qazının Suriya bazarına çıxarılması Azərbaycan qazının diversifikasiyası üçün imkanları genişləndirir.  Azərbaycanın Suriyanın qaz təminatında iştirakı Yaxın Şərqin qaz təchizatında iştirak baxımından ilk deyil - bu mənada, İsrail, İordaniya, Misir və digər ölkələrlə əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycanın bu bölgədə enerji əməkdaşlığı platforması yaratması qlobal enerji təhlükəsizliyi, bazar diversifikasiyası və qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm rol oynayır. Müsahibəsində bu məqamlara toxunan Prezident İlham Əliyev deyib ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Sentyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see285

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see280

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see239

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see230

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see217

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see216

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see212

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see212

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see208

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see207

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see200

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see197

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see190

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see186

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see180

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see174

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see173

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see164

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see161

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri