Icma.az
close
up
RU
QHT COP29 çərçivəsində təqdimat keçirdi

QHT COP29 çərçivəsində təqdimat keçirdi

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 16-da Bakıda keçirilən COP29 çərçivəsində  Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar İctimai Birliyinin “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-da yaşıl enerji zonaları: hüquqi dəyərləndirmələr adlı tədbir və “Yaşıl vədlərimiz” adlı sənədli videoreportajın təqdimatı keçirilib.  

Yaşıl zonada Milli QHT Forumunun pavilyonunda keçirilən tədbirdə yerli ekspertlərdən BDU-nun Hüquq fakültəsinin professoru Əfsər Sadıqov, politoloq Anar Əliyev, Qida təhlükəsizliyi hərəkatının rəhbəri, ekoaktivist Məhsəti Hüseynova, qafqazşünas-alim  Elnur Kəlbizadə xarici ekspertlərdən isə layihənin tərəfdaşı olan Konqo Respublikasından gəlmiş BMT UNFCC-nin üzv təşkilatının sədri Makuantsi Artur Patrisi, Almaniyadan tibb elmləri doktoru Rahim Şmit, həmçinin mühəndis, texniki elmləri doktoru “Şeffer” şirkətlər qrupunun vitse-prezidenti Yaşar Musayev, Pakistandan ictimai fəallar, ekoaktivistlər Ali Raza, Ənvər-ül Haqq və Şri-Lankadan Nayana Adıkari çıxış ediblər.
Çıxışlarda əsasən COP29-un məram və məqsədlərindən, bəşəriyyətin gələcəyini təhdid edən iqlim dəyişmələrinin qarşısını almaq yollarından, yaşıl dünyaya keçid üçün atılan prinsipial addımlardan bəhs edilib, təkliflər irəli sürülüb. O cümlədən, layihənin əsas məzmununa toxunan mütəxəssislər Azərbaycanın böyük yaşıl enerji potensialına malik olduğunu və yaşıl eraya keçid dövründə mühüm rolundan və görüləcək işlərin əhəmiyyətindən söhbət açıblar.

Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar İB-nin İdarə Heyətinin üzvü Aytən Rəhimlinin moderatorluğu ilə keçirilən tədbirin sonunda “Yaşıl vədlərimiz” adlı ingilis və Azərbaycan dillərində sənədli videoreportaj təqdim edilib. 

Qeyd edək ki, “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-da yaşıl enerji zonaları: hüquqi dəyərləndirmələr” layihəsinin rəhbəri araşdırmaçı-jurnalist, təşkilatın idarə Heyətinin üzvü Anar Əliyev, məsləhətçilər hüquq elmləri üzrə fəlsəfə doktoru Səftər Rəhimli və ekoaktivst Məhsəti Hüseynovadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Noyabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see284

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see270

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see267

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see267

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see265

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see262

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see262

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see240

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see239

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see237

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see234

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see231

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see227

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see220

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see220

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see216

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see214

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see208

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see191

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri