Icma.az
close
up
RU
Brüsseldə Qərbi azərbaycanlıların qayıdışı məsələləri müzakirə olundu FOTO

Brüsseldə Qərbi azərbaycanlıların qayıdışı məsələləri müzakirə olundu FOTO

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İslahatçı Qadınlar və İnnovasiyalar İB təşəbbüsü ilə “Evə qayıdış və regional sülh” mövzusunda keçirilən beynəlxalq konfransda qərbi azərbaycanlıların qayıdışının hüquqi və digər aspektləri geniş müzakirə olunub.

Brüssel şəhərində  “Returning home and regional peace” – “Evə qayıdış və regional sülh” adlıbeynəlxalq konfrans keçirilib. Konfransda  Brüsseldə fəaliyyət göstərən beyin mərkəzlərinin, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər. Konfransda qaçın və məcburi köçkünlərin öz vətənlərinə könüllü repatriasiya məsələləri, onlara reinteqrasiya dəstəyi, beynəlxalq müdafiəyə ehtiyacı olan insanlar üçün əmək və ya təhsil təşəbbüsləri, bu kontekstdə qərbi azərbaycanlıların öz doğma yurlarına qayıdışı hüququnun reallaşması perspektivi, Avropa İttifaqı, BMT və beynəlxalq təşkilatların bu prosesdə mümkün rolu müzakirə edilib. Tədbirdə Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfirliyinin nümayəndəsi Sübhan Rəhimli iştirak edib.

Konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən, İslahatçı Qadınlar və İnnovasiyalar İB (İQİİB) tərəfindən icra olunan   “Qərbi Azərbaycanlıların hüquqularının beynəlxalq platformalarda müdafiəsi” layihəsi çərçivəsində keçirilib.

Açılış nitqində İQİİB-nin rəhbəri Vüsalə Hüseynli bildirib ki, konfransın məhz Avropanın siyasi mərkəzi, Belçikanın paytaxtı Brüssel şəhərində keçirilməsinin səbəbi qaçın və məcburi köçkünlərin öz vətənlərinə könüllü repatriasiya məsələlərinin müzakirəsi və bu kontekstdə qərbi azərbaycanlıların qayıdışı məsələsinə Avropanın ictimai-siyasi mərkəzlərinin, beyin mərkəzləri, ictimai-siyasi xadimlər, QHT-lərinin diqqətini çəkməkdir. QHT-sədri bildirib ki, qaçın və məcburi köçkünlərin öz vətənlərinə könüllü repatriasiya məsələləri müzakirə olunan zaman qərbi azərbaycanlıların qayıdışı hüququnun reallaşması gündəliyə gətirilməlidir. Xüsusilə beynəlxalq təşkilatlar bu işdə daha fəal olmalı, ayrıseçkilik  etməməlidir.

Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını ciddi və uğurlu addım kimi qiymətləndirən spikerlərindən, müstəqil siyasi Avropa Parlamentinin keçmiş üzvü Frank Schwalba-Hoth bildirib ki, Aİ sülhə doğru irəliləyişi ciddi şəkildə izləyir və bu addımları alqışlayır: “Sadəcə hər iki ölkənin üzərinə ciddi iş düşür, olanları unutmaq və yeni yola, münasibətlərə başlamaq lazımdır. Xüsusilə, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, logistik və s kimi məsələlərin  həlli ilə yanaşı, iki xalq arasında inteqrasiya məsələləri də yavaş-yavaş  inkişaf etdirilməlidir.”

Son zamanlar bir sıra ölkələrin qaçqınlıq problemi ilə üzləşdiklərini və bundan ən çox həssas qrupa aid olan qadınlar və uşaqların əziyyət çəkdiyini qeyd edən  Avropa Miqrasiya Qrupunun rəhbəri doktor BaşakYavcan vurğulayıb ki, insanların məcburi miqrasiyaya məruz qalması və onun fəsadlarının aradan qaldırılması, uzun müddətli və ciddi problemdir: “Xüsusilə inteqrasiyanın siyasət ölçülərinə diqqət çəkən məqamlar var ki, qeyd etdiklərimizi bir daha tıəsdiqləyir. Çünki istər xarici miqrantlar, istərsədə daxildə məcburi şəkildə öz yerlərindən  miqrasiya etmiş insanlara qarşı qərəzi azaltmaq, inamı gücləndirmək, ictimai rəyi yaxşılaşdırmaq önəmlidir. Təbii ki,  əmək yönümlü işlər, çünki təhsilli miqrantların inteqrasiyası, digərlərinə nisbətən daha uğurlu inkişaf edir. Ona görə, məcburi miqrantların yenidən qayıtması və inteqrasiyası ilə bağlı müxtəlif proqramlarda iştirakları önəmldir”.

Qərbi azərbaycanlıların öz yurdlarından dörd dəfə sistemli şəkildə məcburi şəkildə köçürüldüyünü, deportasiya edildiyinivurğulayan,  Azərbaycan Milli QHT Forumunun idarə heyətinin üzvü, politoloq Zaur İbrahimli bildirib ki, XIX  əsrin əvvəllərində Türkiyə və İrandan köçürülən ermənilər bölgədə Çar Rusiyası tərəfindən məqsədli şəkildə məskunlaşdırılıb. Ermənilər Qafqazda dövlətçiliyə yalnız 1918-ci ildə nail olublar.  İrəvan xanlığının (1747-ci ildə yaradılmış) 1827-ci ildə Rusiya tərəfindən işğalı ilə bu bölgənin və onun əsas etnik tərkib hissəsi olan Azərbaycan türklərinin tarixində yeni, faciələrlə dolu, deportasiya mərhələsi başlanıb.  Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb, 1905–1920, 1948–1953, 1988–1992-ci illərdə həyata keçirilib. Sonuncu 1988–1992-ci illərdə 350 mindən çox qərbi azərbaycanlı zorla deportasiya olunub, onlara qarşı kütləvi qətillər törədilib.  Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış konsepsiyası qəbul edilib. Konsepsiya beynəlxalq hüquq prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, İnsan HüquqlarıBəyannaməsi və Qaçqınların Statusuna dair Konvensiyaya əsaslanır.

Konsepsiyanın məqsədi isə geri qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınması və hüquqi təminat altına alınması, qayıdan əhalinin təhlükəsizliyi, sosial müdafiəsi və re-inteqrasiyasıdır.

Z.İbrahimli vurğulayıb ki, qərbi azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması, regional sülh və ədalətin bərpasına töhfə verməkdeməkdir. O, diqqətə çatdırıb ki, Azərbaycan dövlət başçısı, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, qərbi azərbaycanlıların qayıdışı sülh yolu və  beynəlxalq hüquq əsasında təmin edilməlidir.

Konfransda qaçqınlıq və məcburi miqrasiyada qadınların qarşılaşdıqları ciddi problemlər və bu problemlərdən çıxış yolu ilə bağlı çıxış edən, “Avropa Ukraynalıların səsinə hazır olun” qaçqınlar komitəsinin təsisçisi və idarə heyətinin üzvü Alina Kokhanko  Ukrayna müharibəsinin nəticələri və məcburi qaçqınların qarşılaşdıqları problemləri səsləndirib və Azərbaycanlı qaçqınların hüquqlarının bərpasının ciddi məsələ olduğunu vurğulayıb.

Azərbaycan Avropa münasibətlərinin qarşılıqlı inkişafı barədə danışan, Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili qeyd edib ki, bölgəyə sülhün gəlməsi üçün ciddi fəaliyyət həyata keçirilir: “Ermənistan və Azərbaycan arasında sülhün paraflanması, sərhəddin demarkasiyası və delimitasiyası istiqamətində uğurların, ilkin işartılarının əldə olması sülhə gedən yolun yaxın olduğuna işarə edir”. Ə.Əlili bildirib ki, Azərbayan qətiyyətlə sülh gündəliyini irəli aparır və bu istiqamətdə beynəlxalq aktorlarla fəal əməkdaşlıq edir.

Ukraynalı ekspert Anna Ponomarenko Ukrayna qaçqınlarının ağır qaçqınlıq hekayələri barədə, qaçqınlığın millətindən asılı olmayaraq, bütün insanların həyatında dərin iz buraxdığını vurğulayıb.

Tədbirdə Azərbaycanı təmsil edən ekspertlər qaçqın düşmüş qərbi azərbaycanlıların sayı, onların ölkənin hansı bölgəsində yerləşmələri, Ermənistanda hansı ərazilərdə yaşadıqları, qayıdışın hüquqi tərəfləri, Qayıdış Konsepsiyasının reallaşması, Ermənistanla sülh sazişi bağlanması perespektivi və s kimi sualları cavablandıraraq, xəritə üzərindən izah ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri