Icma.az
close
up
RU
QHT Saatlıda su idarəçiliyi ilə bağlı ictimai müzakirə keçirib

QHT Saatlıda su idarəçiliyi ilə bağlı ictimai müzakirə keçirib

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi “Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi” adlı layihənin icrası davam edir. 

İyulun 17-də layihə çərçivəsində Saatlı rayonunun Qaranuru kəndində “Ağıllı su sistemlərinin tətbiqi: beynəlxalq təcrübə” adlı ictimai müzakirə keçirilib.
İctimai müzakirədə ekoloqlar, fermerlər, ictimai fəallar və könüllü təibətsevərlər iştirak edib.
“Yaşıl Dünya” EMİB sədri, layihənin rəhbəri Elman Cəfərli layihənin məqsədi və görüləcək işlər haqqında məlumat verib:
“Son 15 ildə dünyada və ölkəmizdə su çatışmazlığı problemi qabarıq özünü göstərməyə başlayıb. Buzlaqlar əriyir, çaylarda, göllərdə suyun səviyyəsi aşağı düşür, bütövlükdə su ehtiyatlarımız azalır. Qlobal iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması istiqamətində son illərdə dünya miqyasında genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu sahədə ən mühüm beynəlxalq sənədlərdən biri olan 2015-ci il Paris İqlim Sazişi ölkələrin istixana qazı emissiyalarının azaldılması üzrə konkret öhdəliklər müəyyən edib. Ölkəmiz də həmin sazişə qoşularaq qlobal iqlim fəaliyyətinə öz töhfəsini verir.
Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Lakin iqlim dəyişikliyinin yaratdığı əsas çağırışlardan biri də su ehtiyatlarının azalması və su qıtlığının dərinləşməsidir. Temperaturun yüksəlməsi, yağıntıların azalması, buxarlanmanın artması və quraqlıq dövrlərinin uzanması su təhlükəsizliyi üçün ciddi risklər yaradır. Su itkilərinin minimuma endirilməsi, damcılı və çiləmə kimi müasir suvarma texnologiyalarının geniş tətbiqi, suvarma infrastrukturunun yenilənməsi, ağıllı su idarəetmə sistemlərinin istifadəsi, həmçinin fermerlər arasında suya qənaət mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır”.
E.Cəfərli fermerləri ictimai müzakirədə aktivlik göstərməyə, su çatışmazlığının aradan qaldırılması, effektiv suvarma sistemləri ilə bağlı təşkliflər səsləndirməyə çağırıb. Qeyd edib ki, təklif olunan həll modelləri mətbuat və sosial şəbəkələr vasitəsilə adiyyatı qurumların və ictimaiyyətinə çatdırılacaq.
Biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev “Kənd təsərrüfatında ağıllı suvarma texnologiyaları” mövzusunda məruzə  ilə çıxış edib. Qlobal iqlim dəyişikliklərinin Azərbaycan ərazisində ciddi fəsadlar verdiyini vurğulayan bioloq alim bildirib ki, quraqlıq torpaqların deqradasiyasını, şoranlaşmasını sürətləndirib.
“Rəsmi qurumların məlumatına görə, Azərbaycanın suvarılan torpaqlarının təxminən 40 faizə yaxını müxtəlif dərəcədə şoranlaşmaya məruz qalıb. Bu isə ölkənin kənd təsərrüfatı üçün ciddi təhlükə hesab olunur. Problemin həlli yalnız su idarəçiliyinin təkmilləşdirilməsi ilə məhdudlaşmamalıdır. Torpağın münbitliyinin bərpasına xidmət edən  aqrotexniki üsulların tətbiqi də böyük əhəmiyyət daşıyır. Bu baxımdan amarant bitkisi xüsusi diqqət çəkir. Araşdırmalar göstərir ki, amarantın becərilməsi torpağın strukturunun yaxşılaşmasına, münbitliyinin bərpasına və şoranlaşmanın təsirlərinin azalmasına kömək edə bilər. Amarant vasitəsilə torpaqların münbitliyinin bərpası ənənəvi üsullarla müqayisədə təxminən 10 dəfə daha ucuz başa gəlir. Amarant yalnız torpaq münbitliyinin artırılması ilə deyil, həm də yüksək yem dəyərinə malik bitki kimi seçilir. Tərkibində zülal, əvəzolunmaz amin turşuları, vitaminlər və mineralların zəngin olması onu heyvandarlıq üçün qiymətli yem bitkisinə çevirir. Yem rasionunda amarantdan istifadə süd məhsuldarlığının yüksəlməsinə, heyvanların çəki artımına və sağlam inkişafına müsbət təsir göstərə bilər. Bununla yanaşı, amarantın toxumundan alınan yağ və digər məhsullar qida sənayesində, xalq təbabətində və kosmetologiyada da istifadə olunur. Bitkinin toxumundan yağ istehsal edilir, çayı hazırlanır, yaşıl kütləsi isə silos kimi heyvan yemi məqsədilə geniş tətbiq olunur. Amarantın əsas üstünlüklərindən biri də müxtəlif iqlim şəraitinə asan uyğunlaşması və suya olan tələbatının olduqca az olmasıdır ki, bu da su qıtlığının artdığı dövrdə onun əhəmiyyətini daha da artırır”.
Çıxış edən ətraf mühit məsələləri üzrə tədqiqatçı jurnalist Elçin Bayramlı qlobal quraqlıq və qlobal su çatışmazlığının bütün dünyada ciddi problemə çevrildiyini bildirib: “Yaşadığımız Yer əslində su planetidir. Planetimizin 70 faizi sudur. Amma bu suyun demək olar ki, əksəriyyəti şor, yalnız 2 faizi şirin sudur. Bu 2 faizin də yalnız 0.3 faizi əlçatandır. Bu o deməkdir ki, əkin üçün yararlı su çox azdır. Qlobal istiləşmə və antropogen təsirlər nəticəsində suya tələbat artıb. Son 50 ildə suya tələbat, sudan istifadə 2 dəfə artıb”.
E.Bayramlı bildirib ki, müasir dövrdə su qıtlığının təsirini azaltmaq  üçün kənd təsərrüfatında ağıllı suvarma texnologiyalarının geniş tətbiqi, su idarəetmə sisteminin müasirləşdirilməsi və suyun nəqlində itkiləri minimuma endirən həllərin həyata keçirilməsi zərurətə çevrilib. Ekoloq vurğulayıb ki, suyun torpaq məcralı kanallarla daşınması böyük itkilərə səbəb olur. Buna görə də bu kanallar mərhələli şəkildə beton örtüklü kanallarla əvəz edilməli, suyun hər damcısı qorunaraq istehlakçıya çatdırılmalıdır. Onun fikrincə, belə yanaşma həm su itkilərini əhəmiyyətli dərəcədə azaldacaq, həm də ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Onun fikrincə, su çatışmazlığının qlobal problemə çevrildiyi bir dövrdə əsas diqqət yetirilməli məsələlərdən biri su ehtiyatlarından qənaətlə istifadə olunmasıdır.
“Mövcud su ehtiyatlarının məhdudluğu şəraitində hər bir litr suyun qorunması strateji əhəmiyyət daşıyır. Hazırda şəhərlərdə su itkilərinin səviyyəsi kifayət qədər yüksəkdir. İçməli suyun avtoyumada həddindən artıq istifadəsi, yaşıllıq sahələrinin səmərəsiz suvarılması, məişətdə israfçılıq, eləcə də köhnəlmiş su təchizatı şəbəkələrində baş verən texniki itkilər qiymətli su ehtiyatlarının əhəmiyyətli hissəsinin boşa sərf olunmasına səbəb olur. Su resurslarından səmərəli istifadə etsək, fermerlər suvarma suyu ilə daha yaxşı təmin olunar, əkin sahələrinin məhsuldarlığı artar, ərzaq istehsalı genişlənər və məhsul bolluğu yaranar. Obrazlı desək, şəhərdə qənaət edilən hər litr su kənddə bərəkətə çevrilir”.
Kənd sakini, fermer Qurban Sərdaroğlu bildirib ki, şoranlaşmış torpaqların bərpasında və onların münbitliyinin artırılmasında mühüm rol oynayan amarant bitkisinin toxumları fermerlər üçün daha əlçatan olmalıdır: “Bu gün burada amarant bitkisi haqqında deyilənlər mənim üçün yenilik oldu. Yaxşı olar ki, bu bitkinin becərilməsi qaydaları barədə əkinçilər maarifləndirilsin. Bunun üçün praktiki təlimlər təşkil edilsin, aqrotexniki tövsiyələr verilsin”. Q.Sərdaroğlu vurğulayıb ki, fermerlər amarantın üstünlükləri və düzgün becərilmə üsulları barədə kifayət qədər məlumatlandırılarsa, şoranlaşmış torpaqların bərpası və kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində daha uğurlu nəticələr əldə etmək mümkün olacaq.
Kənd sakini, fermer Mühiddin Xəlilov bildirib ki, damcılı və çiləmə suvarma texnologiyalarının tətbiqi zamanı fermerlər bir sıra maliyyə çətinlikləri ilə üzləşirlər. Onun sözlərinə görə, xüsusilə kiçik və orta təsərrüfat sahiblərinin maddi imkanları müasir suvarma sistemlərinin quraşdırılması üçün kifayət etmir. Fermer qeyd edib ki, suya qənaət edən bu texnologiyaların geniş tətbiqini sürətləndirmək məqsədilə dövlət tərəfindən ayrıca subsidiya və ya maliyyə dəstəyi mexanizminin yaradılması məqsədəuyğun olardı. M.Xəlilovun fikrincə, belə bir dəstək həm fermerlərin yükünü yüngülləşdirər, həm də su ehtiyatlarından daha səmərəli istifadəni təşviq edərək kənd təsərrüfatında məhsuldarlığın artırılmasına mühüm töhfə verər.
Sonda fermerləri maraqladıran suallara cavablar verildi.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri