Icma.az
close
up
RU
QHT sədri: Qərb üçün “azad media” anlayışı yalnız onların maraqlarına uyğun mövqe sərgiləyən mətbuat deməkdir

QHT sədri: Qərb üçün “azad media” anlayışı yalnız onların maraqlarına uyğun mövqe sərgiləyən mətbuat deməkdir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 iyul, AZƏRTAC

Bugünkü dünyada söz və ifadə azadlığı uğrunda mübarizə daha çox ikili standartların içində itib batır. ABŞ və Avropa İttifaqı arasında Rəqəmsal Xidmətlər Aktı (DSA) ilə bağlı yaranmış mübahisə bir daha göstərdi ki, Qərb dünyaya təbliğ etdiyi dəyərlərə özü də əməl etməkdə çətinlik çəkir. ABŞ Dövlət Departamentinin Avropanı “söz azadlığı adı altında senzura” tətbiqində ittiham etməsi və bu yanaşmanı “oruellilik” adlandırması təsadüfi deyil. Minlərlə insanın, sadəcə, hökuməti tənqid etdiyi üçün cəzalandırılması, sosial şəbəkələrdə “qeyri-qanuni məzmun” adı ilə genişmiqyaslı silinmələrin həyata keçirilməsi ikili standartlar baxımından “ən yaxşı” nümunədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

QHT sədrinin sözlərinə görə, əslində, “Digital Services Act”na diqqət etsək, ilk baxışda bu qanunda guya vətəndaşın qorunması ön plana çəkilir. Amma ətraflı təhlil aparıldıqda aydın olur ki, bu aktda sosial şəbəkələrdən tutmuş digər virtual məkanı əhatə edən alətlərə belə qadağalar şamil olunur. Azərbaycanda oxşar qanun qəbul olunsaydı, “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Transparency” kimi təşkilatlar, o cümlədən Avropanın siyasi institutları ölkəmizi söz və ifadə azadlığını boğmaqda günahlandırmaqla dayanmaz, dövlətimizə qarşı sanksiyaların tətbiqi üçün bütün güclərini səfərbər edərdilər. “Mətbuat azadlığı” və “insan hüquqları” adı altında yeni hesabatlar hazırlanar, beynəlxalq platformalarda qaralama kampaniyaları təşkil olunar, hətta Azərbaycanda keçirilən beynəlxalq tədbirlər boykot çağırışları ilə müşayiət olunardı. Lakin qəribədir ki, bu cür daha sərt tədbirləri Avropa ölkələri tətbiq etdikdə, həmin təşkilatlar ya susur, ya da bu addımları “zəruri tənzimləmə” kimi təqdim edirlər. Bu isə bir daha göstərir ki, onların yanaşması prinsipial deyil, siyasi maraqlara əsaslanır. Məqsəd insan hüquqları deyil, bölgədə müstəqil və milli maraqlara söykənən siyasət yürüdən ölkələri təzyiq altında saxlamaqdır.

“Hətta Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar”. Fikrimcə, məsələnin əsas səbəbi məhz budur. Bu qurumlar insan haqları və söz azadlığına xidmət edən obyektiv təşkilatlar olmaq əvəzinə, müəyyən siyasi dairələrin sifarişlərini yerinə yetirən vasitələrə çevriliblər. Qərb üçün “azad media” anlayışı yalnız onların maraqlarına uyğun mövqe sərgiləyən mətbuat deməkdir. Əks fikirlər, fərqli yanaşmalar isə ya susdurulur, ya da qaralanır. Bu isə bizə bir daha sübut edir ki, sözdə “universal dəyərlər” təbliğ edənlər əməldə çox vaxt həmin dəyərlərin özlərinə belə hörmət bəsləmirlər. Bu ikili yanaşma onu göstərir ki, söz və ifadə azadlığı bəzi dairələr üçün yalnız siyasi vasitədir - dostlara qarşı tolerantlıq, fərqli düşünənlərə qarşı isə senzura. Halbuki azadlıq, ədalət və tərəfsizlik prinsipləri selektiv olmamalıdır. Əvvəl evin içi, sonra çölü...”, - deyə Cəsarət Hüseynzadə vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 İyul 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri