QHT Tarixi Zəfərin 5 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirir FOTOLAR
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Əsgər Ailəsi Cəmiyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Tarixi Zəfərin 5 illik yubileyinə həsr edilmiş tədbirlər silsiləsi" layihəsini icra edir.
"Cebheinfo.az QHT.az-a istinadən xəbər verir ki, tədbirlərdən biri də Salyan rayonu Kürsəngi kənd orta məktəbində şəhid Səməndər İmanovun xatirəsinə həsr olunub.
Tədbirdə şəhidin anası Validə İmanova, atası İsaxan İmanov və yaxınları, o cümlədən rayon icra hakimiyyətinin və Təhsil şöbəsinin nümayəndələri, məktəbin direktoru Elmin Şəmsiyev, müəllim Razgül Dadaşova, şəhidin döyüş yoldaşı, qazi Samir Süleymanov iştirak edərək şəhid haqqında xoş xatirələrini bölüşüblər.
Tədbirin təşkilatçısı, hərbi jurnalist, Qarabağ müharibəsi veteranı, "Əsgər Ailəsi Cəmiyəti" VTİB-nin rəhbəri Roza Əliqızı döyüş zamanı Səməndər İmanovla görüşüb ondan müsahibə almasını, şəhidin son arzusunu, onun son sözlərinin — "Bu dəfə qələbə mütləq qələbə olacaq" — deməsini və müsahibədən 3-4 dəqiqə sonra şəhid olmasını danışdı, şəhidin ailəsinə səbir dilədi.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 30 May 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















