Icma.az
close
up
RU
QHT təşəbbüsü ilə “Yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirakı təmin edilib

QHT təşəbbüsü ilə “Yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirakı təmin edilib

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

“Davamlı İnkişafa Doğru” İctimai Birliyinin təşəbbüsü ilə 3 sahibkarlıq subyektinin 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirakı təmin edilib.

QHT.az xəbər verir ki, "Davamlı İnkişafa Doğru" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” adlı layihənin icrasına başlamışdır. Layihə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sosial-iqtisadi inkişafı, bərpası və dayanıqlı gələcəyi ilə bağlı əhalinin, xüsusilə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasına xidmət edir.

“Davamlı İnkişafa Doğru” İctimai Birliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ünvanladığı müraciət müsbət nəticə vermiş və bu müraciət əsasında “Qurama”, “SuccullandBaku” və “Auto Transit MMC” şirkətlərinin 6-cı "Şirkətlərin Tanıtım Sərgisi"ndə iştirakı təmin olunmuşdur.

Sərgidə iştirak edən sahibkarlıq subyektləri müxtəlif sahələrdə fəaliyyət göstərən mikro və kiçik müəssisələrdir. Onların sərgidə iştirakı məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaqla yanaşı, potensial tərəfdaşlarla əlaqələr qurmaq və bazar imkanlarını genişləndirmək üçün əlverişli imkan yaratmışdır.

"Davamlı İnkişafa Doğru" təşkilatının bu təşəbbüsü regionlarda fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və onların ictimai platformalarda iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. İştirakı təmin olunmuş şirkətlərin nümayəndələri bildiriblər ki, belə dəstəklər sahibkarlığın inkişafı, yerli istehsalın təşviqi və iqtisadi dayanıqlığın gücləndirilməsi istiqamətində atılan mühüm addımlardandır.

KOBİA tərəfindən göstərilən dəstək, dövlət və qeyri-hökumət sektorları arasında əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir və gələcəkdə bu cür təşəbbüslərin davam etdirilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 İyul 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri