Icma.az
close
up
RU
Bəlkə hinduizm məbədi də açaq? Deputatın Kəbə təklifinə ironik reaksiya

Bəlkə hinduizm məbədi də açaq? Deputatın Kəbə təklifinə ironik reaksiya

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Naxçıvanda, Əshabi-Kəhf ziyarətgahında Məkkədəki Kəbənin eynisinin tikilməsini təklif edib.

Deputat əlavə edib ki, Məkkədəki Kəbəyə yalnız imtiyazlı şəxslər daxil ola bildiyi halda, Əshabi-Kəhfdə inşa olunacaq Yeni Kəbə hər kəs üçün açıq olmalıdır:

“Beləliklə, bütün müsəlmanların Kəbənin içini görmək və ziyarət etmək imkanı olar. Biz bu Yeni Kəbəni İslam aləmində tanıda bilərik.”


Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Bakupost.az -a açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin fikirlərini düzgün hesab etmədiyini bildirib:

“Qüdrət bəy bunu nəyə görə deyib, bilmirəm. Onda eyni şeyi biz də deyə bilərik: bəlkə hinduizmin məbədini gətirib filan yerdə quraq. Bu, doğru yanaşma deyil. Çünki məsələn, Birləşmiş Millətlər Təşkilatının binası var, sabah kimsə desə ki, mən özümə belə bir bina qururam, bunun mənası olacaqmı? Binanın oxşarını qura, yarada bilərsən. Amma faktiki olaraq o, özəlliyi daşıyırmı? Xeyr.”

İlahiyyatçının fikrincə, Kəbənin məqsədi ətrafında fırlanmaq və ya onu müqəddəs bir tikili kimi qəbul etmək deyil:

“Kəbənin məqsədi insanların gedib həmin yerdə dövlətləri, xalqları təmsil etməsi, beynəlxalq simpoziumlar, konqreslər təşkil etməsi, insanlığı narahat edən problemləri aradan qaldırmaq üçün müzakirələr aparması, həll yolları tapmasıdır. Yoxsa dünyanın istənilən yerində Kəbədən daha böyüyünü, daha gözəlini, daha möhtəşəm memarlıq üslubu olanını tikmək olar. Mənası olacaqmı? Təbii ki, xeyr. Hətta keçmiş rəvayətlərə baxsaq, belə bir yanaşma olub. Bir vaxtlar insanları Kəbədən uzaqlaşdırmaq üçün Yəmənin rəhbəri Əbrəhəbir qurum yaratmaq istəyir və Sənada böyük bir kilsə tikdirir. Ancaq o effekti ala bilmir. Ona görə də buradakı məqsədi düzgün anlamalıyıq. Yoxsa söhbət binadan, hər hansı tikilidən getmir. Çünki o tikilinin heç bir özəlliyi yoxdur. Dörd divardan ibarətdir, heç bir memarlıq üslubu olmayan, heç bir xüsusiyyəti olmayan bir tikilidir. Sadəcə, bu gün təəssüflər olsun ki, insanlar gedib onun ətrafında fırlanırlar.”

İlahiyyatçı onu da əlavə edib ki, Quranda bəhs edilən Əsabi-Kəhfin Naxçıvandakı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.


Lalə,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 May 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri