Qıcolmaya görə xəstəxanaya gedən turistin ürəyi yoxa çıxdı Bu ölkədə
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
İngiltərədən Cənubi Kiprə tətilə gedən britaniyalı turistin ölümü şok effekti yaradıb. Turistin ölkəsinə gətirildikdə ürəyinin yerində olmadığı ortaya çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Mançesterdə yaşayan 76 yaşlı Maykl Qreyli Paralimni şəhərində ayağındakı qıcolmaya görə xəstəxanaya aparılıb.
Lakin xəstəxanaya getdikdən 10 dəqiqə sonra həyat yoldaşı İvon Qreyli onun ölüm xəbərini alıb.
“Həkim otaqdan çıxıb öldüyünü dedi”, - İvon bildirib.
İddiaya görə, ona patoloq tərəfindən ölüm səbəbinin müəyyənləşdirilməsi üçün autopsiya aparıldığı da söylənilib.
Lakin Maykl Qreylinin cənazəsi İngiltərəyə gətirildikdə ölüm sənədində səbəbin qeyd edilmədiyi məlum olub. Bundan sonra Roçdeyl Məhkəmə Tibb İdarəsi ikinci bir autopsiya aparmaq məcburiyyətində qalıb. Bu zaman həqiqət üzə çıxıb.
“Mayklın ürəyi çıxarılıb, ona görə də ölüm səbəbini müəyyən edə bilmədilər”, - İvon qeyd edib.
Kipr polisi ürəyin çıxarıldığını təsdiqləyib və bildirilib ki, orqan araşdırma mərkəzinə göndərilib. Roçdeyl Məhkəmə Tibb İdarəsi isə araşdırmanın davam etdiyini açıqlayıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Dekabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















