Icma.az
close
up
RU
Qıcqırmanın profilaktikası

Qıcqırmanın profilaktikası

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qıcqırma - bir çox xəstəliklərin, eyni zamanda, xroniki mədə bağırsaq sistemi xəstəliklərinin “sadiq” yolçusu olduğu üçün, onu tam şəkildə müalicə etmək mümkün deyil.

Lakin onun tez-tez baş verməməsinə nail olmaq tamamilə mümükündür.

Bunun üçün aşağıdakı bir sıra qaydalara əməl etmək lazımdır ki:

Həddindən artıq yemək yeməyin! Mədə həddindən artıq dolduqda və dartıldıqda, sfinkter zəiflədiyi üçün mədə şirəsi qida borusuna atıla bilər. Mədənizi nə qədər çox doldursanız qida borusuna atılan turşunun miqdarı da çoxalmış olacaq. Ona görə də, hər dəfə az midarda qida qəbul etməklə, gün ərzində 5-6 dəfə yemək

daha məqsədəuyğun hesab olunur. Yeməyi yavaş-yavaş yeyin, yaxşı

çeynənilmiş qida mədəni də qorumuş olur – qəbul edilmiş qidanın həzm edilməsi

üçün ona daha az mədə şirəsi və ifraz etmək və daha az vaxt sərf etmək lazım

gəlir.

Yeməkdən sonra 1-2 saat ərzində uzanmayın, qabağa əyilməyin, və hər hansı

ağır fiziki işlə məşğul olmayın. Bütün bu müddət ərzində bədəninizi vertikal vəziyyətdə saxlayın – gəzişin, ayaq üstə durun, əyləşin. Əks halda, mədədəki turşu və öd tez bir zamanda qida borusuna axa bilər. Əgər qida qəbulundan sonra siz mütləq uzanmaq istəsəniz başınızın altına bir neçə balış qoyun. Heç zaman son qida qəbulundan 2 saat keçməmiş yatmayın! Balışsız yatmaq da məsləhət görülmür – mədə şirəsinin yemək borusuna axmaması üçün baş, bədənə nisbətən bir qədər yuxarıda olmalıdır.

Dar paltar, qayış geyinməyin. Dar paltar beli əhatə edərək bağırsaqları da sıxır və mədə turşusunu qida borusuna doğru qalxmağa “məcbur edir”. Qızardılmış, konservləşdirilmiş, duzlu, yağlı qidanı, yağlı ət bulyonları, kəskin ədviyyatları (istiot, xardal) minimal miqdara qədər məhtudlaşdırın. Suda və parda bişmiş qidalar, ət və toyuğun (qaz və ördək olmaz!) isə yağsız növlərini yemək daha yaxşıdır. Qida rasionunuzdan təzə çörəyi çıxarın – ya suxari ya da dünəndən qalan bir qədər qurumuş çörək yeyin. Çovdar çörəyi, yağlı və qat-qat hazırlanan xəmir məhsullarıının qəbul edilməsi də əks-göstərişdir. Xiyar, ağ kələm, pomidor, ağ və qırmızı turp, göbələk, çiy soğan və sarımsaq, turşuya və marinada qoyulmuş tərəvəzlər, bütün paxlalı bitkilər, sitrus meyvələri, turş və yetişməmiş meyvə və tərəvəzlər də qıcqırma verə bilər. Bütün bu məhsullar metiorizm (mədədə qazların miqdarının artması) verərək mədənin genişlənməsinə və sfinkterin boşalmasına səbəb olur. Sfinkter bu təzyiqə dözməyərək bir qadər açılır, mədədə olan möhtəviyyatın bir hissəsi qida borusuna keçdiyi üçün qıcqırma baş verir. Tez-tez baş verən qıcqırmalar zamanı bu məhsulların qəbulunu minimal səviyyəyə endirmək lazımdır. Tez-tez qıcqırması olanlara süd içmək də məsləhət görülmür. Çünki, süd də mədə turşuluğunu artıraraq metiorizmə səbəb olur; Qazlı suların qəbulundan da imtina edin. Ona görə ki, qaz qabarcıqları da `mədəni genişləndirərək sfinkterin bir qədər boşalmasına səbəb olurlar. Tez-tez qıcqırması olanlar üçün kvas, pivə, çaxır və digər alkoqollu içkilərin qəbul edilməsi əks-göstəriş hesab edilir. Onlara həmçinin, tərkibində sfinkteri zəiflədən kofein maddəsi olan tünd çay, kofe və şokoladın qəbul edilməsi məsləhət görülmür. Hamı bilir ki, siqaret çəkilməsi ürək-damar sistemi və ağ ciyərlər üçün zərərlidir. Ancaq bu vərdiş həmçinin, mədə-bağırsaq sisteminə də  mənfi təsir göstərir. Alkoqol kimi, nikotin də qida borusu ilə mədə arasında olan sfinkteri zəiflədir və bunun nəticəsində də mədə turşusu qida borusuna düşmüş olur. Bəzi dərmanların (antidepressantlar, sakitləşdirici dərmanlar, aspirin və s.)  uzun müddət ərzində qəbul edilməsi qıcqırmanın yaranmasına səbəb ola bilər. Ona görə də, əgər siz hər hansı bir dərmanı uzun müddət ərzində qəbul edirsinizsə və sizdə qıcqırma yaranmışsa, bu barədə öz müalicə həkiminizə məlumat verməyiniz məsləhət görülür. Qıcqırmanın bir “gözlənilməz” günahkarı da – stresdir. Stres zamanı mədə turşuluğu kəskin şəkildə yüksəlmiş olur ki, bu da qıcqırmaya səbəb ola bilər. Ona görə də özünüzü stressdən qorumağa çalışın.

Beləliklə, əgər siz özünüzdə tez-tez qıcqırma hiss etmiş olsanız, mütləq qastroenteroloqun qəbuluna yazılın. Çünki  “zərərsiz” hesab etdiyiniz qıcqırma, mədə-bağırsaq sisteminin ciddi xəstəliyinin əlaməti də ola bilər. O biri tərəfdən isə qıcqırmanın özü də ciddi ağırlaşmalara gətirib çıxara bilər (yemək borusunda eroziyalar, qanaxmalar və s.)

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see345

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see328

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see288

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see193

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see190

Azərbaycan güləşçilərindən 5 medal

04 İyul 2026 14:05see186

Azərbaycan nefti üçün yaxşı xəbər var

04 İyul 2026 09:10see185

DÇ 2026: Messi qol vurdu, Argentina 1/8 finala keçdi

04 İyul 2026 09:15see173

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see172

7 ci sinif şagirdi vəfat etdi

04 İyul 2026 17:20see169

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see168

Azərxalça maliyyə vəziyyətini açıqlayıb

04 İyul 2026 14:17see168

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək Məhkəmə işi

04 İyul 2026 17:14see167

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see164

Rusiyanın İT sənayesinin tanınmış siması ölü tapıldı KQB də xidmət etmişdi

04 İyul 2026 15:57see162

ATƏT PA da Azərbaycan Belarusa dəstəyini ifadə edib

04 İyul 2026 19:06see159

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see154

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see152

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see152

Antonelli qalib oldu

05 İyul 2026 00:59see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri