Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qida allergiyası

Qida allergiyası

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilən allergik reaksiyadır.

İstənilən qidanın tərkibində allergenlər ola bilər. Adətən zülallar, daha az hallarda isə piylər və karbohidratlar allergik reaksiyalara səbəb ola bilər.

Normada immun sistemimiz adi qidalara heç bir ciddi reaksiya vermir. Lakin bəzi insanların immun sistemi adi qidaları zərərli maddələr kimi qəbul edir.  Nəticədə orqanizmdə xüsusi qoruyucu mexanizmlər işə salınır. Bu isə öz növbəsində müxtəlif pozulmalara səbəb olur - dəridə səpgilər, ödem, ishal, qusma, asfiksiya (boğulma) və s.

Bəzi hallarda immun sistemi prosesə daxil olmur. Bu halda insanda yalnız mədə-bağırsaq pozulmaları yaranır - köp, ishal. Bunu qida allergiyası kimi deyil, sadəcə hər hansı qidaya dözülməzlik kimi qəbul etmək olar.

Əsl qida allergiyasına nadir hallarda rast gəlinir. Əksər hallarda onun səbəbi irsiyyət olur. Uşaqlarda allergiya adətən həyatın ilk illərində daha çox yumurta zülallarına qarşı olur, onlar böyüdükcə həmin dövrdən çıxırlar. Qida allergiyası olduğu güman edilən böyüklərin təxminən 80%-ndə əslində ekspertlərin “qida psevdoallergiyası” adlandırdıqları hal müşahidə olunur. Onların simptomları əsl qida allergiyası kimi olmasına baxmayaraq, onun səbəbi sadəcə həmin qidaya dözülməzlik, hətta bəzən qidaya qarşı psixosomatik reaksiyalar ola bilər (xəstələr elə hesab edir ki, həmin qida onlarda allergiya yaradır).

Qida allergiyasının səbəbləri

Valideynlərindən biri allergiyadan əziyyət çəkirsə, uşaqda allergiyanın əmələ gəlmə riski ikiqat yüksək olur. Hər iki valideyndə allergiya varsa, uşaqda onun əmələ gəlmə riski dördqat çox olur. Valideyn və uşaqda olan allergiyanı törədən allergenlər müxtəlif ola bilər.

Allergiyanın, demək olar ki, istənilən qida növünə qarşı yarana biləcəyinə baxmayaraq ən çox yayılmış qida allergenləri – süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır.

Hər hansı allergenə olan reaksiyadan sonra əmələ gələn çarpaz allegiya mövcuddur. Yerfındığına qarşı allergiyası olanlarda paxlalılar fəsiləsinin digər məhsullarına – məsələn, noxud, soya paxlası, mərcimək və s. qarşı da allergiya ola bilər. Yemişə qarşı allergiyası olanlarda zamanla xiyar və balqabağa qarşı da allergiya yarana bilər. Həmin qayda ilə krevetlərə allergiyası olanlar yengəclərə (krablara) qarşı da həssaslaşırlar.

Bəzən sulfitlərə – yeməklərin rəngini qorumaq üçün istifadə olunan kimyəvi maddələrə qarşı da allergiya olur. Bu maddəni quru meyvələrə və tərəvəzlərə vururlar. Sulfitli qidanı qəbul etdikdən sonra insanda boğulma inkişaf edir və ya allergik şok yaranır. Sulfitlər həmçinin ağır astma tutmaları törədə bilər.

Qida allergiyasının simptomları

Allergik reakisyalar adətən qidanı qəbul etdikdən bir neçə dəqiqə sonra başlayır və iki saata qədər müddətdə yarana bilər. Lakin allergiyanın ağır formasına düçar olanlarda yeməyə toxunmaq və ya onun iyini hiss etməklə də allergik reaksiya yaranır.

Səciyyəvi erkən simptomlar – dodaqlar, ağız boşluğu və ya boğazın şişməsi və qaşınmasıdır. Qıcıqlandırıcı yeməklər qida yollarına düşərək ürəkbulanma, öyümə, qusma, bağırsaq sancıları və ishal törədə bilər. Həmçinin bəzən qaşınma, övrə, ekzema və dəri qızarmasına səbəb olur.

Bəzi xəstələrdə həmin qida zökəm, öskürək və səthi tənəffüslə səciyyələnən allergik rinit yarada bilər.

Bəzən də ləngimiş allergik reaksiya ola bilər – yəni allergik reaksiya qidanı yedikdən bir neçə saat və hətta bir neçə gün sonra inkişaf edir. Təcili cavabdan fərqli olaraq ləngimiş allergik reaksiyanın simptomları o qədər də çox təzahür etmir və övrə, ekzema və astmaya səbəb olmaya bilər.

Profilaktika

Risk qrupunda olanlar, yəni ailə üzvləri arasında allergiyaya həssas olanlar varsa, orqanizmin hər hansı yeni qidaya qarşı reaksiyasına diqqətli yanaşılmalıdır. Qida məhsullarını yeməyə kiçik porsiyadan başlamaq və ya ondan ümumiyyətlə imtina etmək lazımdır.

Mağazadan alınan qurudulmuş, konservləşdirilmiş və emal edilmiş qidaların qəbulundan imtina edilməlidir.

Uşağın rasionuna yeni qida məhsulları ehtiyatla daxil edilməlidir, əsasən də valideynlərdə allergiya varsa, daha çox diqqətli olmaq tələb olunur. Ona hər dəfə yeni məhsul verdikdə, çox kiçik porsiyalarla vermək və porsiyaları tədricən artırmaq olar.

Qidanın hər hansı inqrediyentinə qarşı reaksiya əmələ gəldikdə həmin simptomların doğrudan da qida allergiyası olmasını və ya hər hansı digər problemdən baş verdiyini öyrənmək üçün allerqoloqla məsləhətləşmək lazımdır.

Əgər bir dəfə qida allergiyası diaqnozu qoyulubsa, onunla mübarizə aparmağın yeganə yolu – qıcıqlandırıcı komponenti tapmaq və ondan uzaq durmaqdır.

Müalicə

Allerqoloq xəstəlik tarixçəsinin analizinə, obyektiv müayinəyə və laborator testlərə əsaslanaraq dəqiq diaqnoz qoya bilər. Qida allergiyasının diaqnostikasında dərinin skarifikatorlu sınağı tətbiq edilir. Qidanın həll edilmiş cövhərini dəri üzərinə yerləşdirir, həmin yerə cızıqlar çəkilir və iynələr batırılır. Heç bir reaksiya əmələ gəlmədikdə dəri sınağı mənfidir. Lakin 15 dəqiqə ərzində dəridə ağcaqanad sancmasına bənzər qızarma və ya şişmə yaranarsa, deməli, araşdırılan qida məhsuluna qarşı allergiya var. Test yanlış müsbət və yanlış mənfi nəticələr də verə bilər.

Daha dəqiq radioallerqosorbent test (RAST), immunoferment analiz (İFA) və anticismlərin analizi kimi tanınan qan analizləridir. Lakin bəzən onlardan da yanlış cavablar alına bilər.

Dəri testləri və qanın anticismlərə analizi allergik reaksiya törədicisi olan allergenlərə işarə edir. Lakin dəri testlərindən və qan müayinəsindən sonra da diaqnoz aydınlaşmasa, həkim təhrikedici testlər təyin edə bilər. Həmin müayinələr ciddi göstərişlərə əsasən allerqoloji stasionarlarda aparılır. Burun, dilaltı və ya bilavasitə bronxlara təhrikedici testlər edildikdə allergen kiçik miqdarda daxil edilir, bir müddət sonra reaksiya qiymətləndirilir. Bu cür müayinə xəstədə güclü allergik reaksiya törədə bilər və ona görə də, lazım gəldikdə dərhal tibbi yardım göstərilməsi üçün həkim nəzarəti altında aparılmalıdır.

Əgər əsl qida allergiyası aşkar edilibsə, həmin allergeni tamamilə istisna etməklə xüsusi pəhriz tövsiyə edilir. Bir neçə həftə ərzində bu cür (adətən düyü, salat və almanın daxil edildiyi) hipoallergen pəhrizə mütləq riayət etmək lazımdır. Müəyyən vaxtdan sonra pəhrizə digər məhsullar da əlavə etmək, sonra allergiya yaradan həmin allergeni daxil etmək olar. Əgər onu daxil etdikdə yenidən allergiya yaranarsa, başlanılan pəhrizi davam etdirmək lazımdır. İstənilən elminasiyalı pəhriz (allergen məhsulların istisna olduğu pəhriz) yalnız həkimin icazəsi və diyetoloqun nəzarəti altında aparıla bilər. Hətta bu cür pəhriz zamanı da orqanizmə lazım olan bütün maddələr qəbul olunmalıdır. Həkim allergen məhsulları, tərkibində həmin qidalı maddələr və vitaminlər olan məhsulları başqaları ilə əvəz edəcək. Heç vaxt rasiondan xüsusən də azyaşlı uşaqlar, yaşlı və xəstələrin menyusundakı bütün qrup məhsulları eyni zamanda bir neçə həftəlik çıxarmaq düzgün deyil.

Allergik fonu tənzimləmək, əlamətlərin sürətlə sönməsini təmin etmək üçün pəhriz müalicəsi ilə yanaşı Teader çayı 1-2 ay müddətində qəbul olunmalıdır. Onu istifadə etməzdən qabaq bitkilərə qarşı allergiya inkar olunmalıdır.

Ciddi pəhrizə riayət etməklə qida allergiyasından azad olmaq mümkündür. Tədqiqatlar nəticəsində aşkar edilib ki, 1-2 il hipoallergen pəhrizə əməl etdikdən sonra yeniyetmə uşaqların və böyüklərin təxminən üçdə bir hissəsi onları qıcıqlandıran qidaya həssaslıqdan azad olur. Lakin yerfındığına, qoz və fındığa, balıq və molyusklara olan allergiya insanda ömrün sonuna kimi qala bilər.

Mənbə: Herba Flora jurnalı

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri