Icma.az
close
up
RU
Qida mütəxəssisi: Quş qripi ilə mübarizə yalnız sərhədlərin bağlanması ilə yekunlaşmır

Qida mütəxəssisi: Quş qripi ilə mübarizə yalnız sərhədlərin bağlanması ilə yekunlaşmır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bəzi ölkələrdən diri quş və quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) AQTA-ya rəsmi məlumatlar daxil olub.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev Sherg.az-a deyib ki, dünyanın müxtəlif ölkələrində quş qripinin yayılması ilə bağlı təhlükəsizlik tədbirləri çərçivəsində həmin ölkələrdən Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulması qərarı verilib:


“Bu cür tədbirlər bir tərəfdən ictimai sağlamlığın qorunmasına yönəlsə də, digər tərəfdən daxili bazara və istehlakçı davranışına birbaşa təsir göstərir. İlk növbədə qeyd etmək lazımdır ki, idxalda tətbiq olunan bu məhdudiyyətlər quş məhsullarının ölkədəki təklif miqdarını azalda bilər. Bu da xüsusilə iri ticarət şəbəkələrində və restoran sektorunda qısamüddətli qiymət artımına səbəb ola bilər. Lakin Azərbaycan uzun illərdir ki, yerli quşçuluq təsərrüfatlarının inkişafına yönəlik investisiyalar qoyur. Bu səbəbdən daxili istehsal tələbə müəyyən qədər cavab verə biləcək potensiala malikdir. Quş qripi əsasən vəhşi quşlar vasitəsilə yayılır və açıq havada saxlanılan quşlar bu risqə daha çox məruz qala bilərlər. Buna görə də quşçuluq təsərrüfatlarının ciddi biotəhlükəsizlik qaydalarına əməl etməsi böyük əhəmiyyət daşıyır. Yəni quşların xarici quşlarla təmasdan qorunması, heyvanların sağlamlıq müşahidələrinin aparılması, həmçinin əməkdaşların xüsusi geyimlərlə işləməsi və dezinfeksiya prosedurlarına riayət olunması vacibdir”. 


Ekspert vurğulayıb ki, istehlakçılar isə bu vəziyyətdə daha diqqətli və məlumatlı davranmalıdırlar:

“İlk növbədə quş məhsullarını yalnız rəsmi satış məntəqələrindən və sertifikatlaşdırılmış mənbələrdən almaq tövsiyə olunur. Etibarlı istehsalçının məhsulu üzərində nəzarət orqanlarının təhlükəsizlik nişanı mövcud olmalıdır. Ev şəraitində isə ət məhsullarının tam bişirilməsi çox önəmlidir – 70°C və daha yuxarı temperaturda bişirilmə virusun inaktivləşməsi üçün kifayət edir. Çiy ətlə işləyərkən əllərin və səthlərin dezinfeksiyası da unudulmamalıdır. Quş qripi ilə mübarizə yalnız sərhədlərin bağlanması ilə yekunlaşmır. Bu, kompleks yanaşma tələb edən bir prosesdir. Baytarlıq nəzarəti, ictimai maarifləndirmə, bazar tənzimlənməsi və gigiyenik davranışın təşviqi əsas istiqamətlərdəndir. Məhz bu yanaşma ilə həm daxili bazar qoruna bilər, həm də istehlakçının sağlamlığı təhlükə altına düşməz”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri