Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qida təhlükəsizliyi qlobal strateji hədəfdir

Qida təhlükəsizliyi qlobal strateji hədəfdir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkəmizdə bu məsələ həm də dövlət siyasətinin prioritetidir

Hər il oktyabr ayının 16-da dünyada, eləcə də Azərbaycanda Ümumdünya Qida Günü (World Food Day) qeyd olunur. 1945-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaradıldığı günə həsr olunan bu beynəlxalq tədbir ilk dəfə 1979-cu ildə keçirilib. Əsas məqsəd qlobal miqyasda aclıqla mübarizə, qida təhlükəsizliyi, düzgün qidalanma və kənd təsərrüfatının inkişafı istiqamətində maarifləndirmə aparmaq, eləcə də ehtiyacı olan insanlara dəstək üçün həmrəyliyi gücləndirməkdir.

Ümumdünya Qida Günü qlobal aclıq problemi, qida təhlükəsizliyi və hamı üçün sağlam qidalanmanın təmin olunması istiqamətində mühüm çağırış platforması rolunu oynayır. Müasir dövrün tələblərinə uyğun olaraq, builki kampaniya “Bu gün innovasiya et, gələcəyi qidalandır" şüarı altında keçirilir.

BMT-nin qida təhlükəsizliyi hesabatlarına əsasən, dünyada hər kəsi yetərincə təmin edəcək qədər ərzaq istehsal olunsa da, ədalətsiz bölüşdürmə və logistik maneələr böhranı daha da dərinləşdirir. Hesabatda qeyd edilir ki, hazırda dünyada, təqribən, 645 milyon insan aclıqla üz-üzədir. 2,69 milyard insan isə (3 nəfərdən biri) sağlam və balanslı qidalanma xərclərini qarşılamaq imkanına malik deyil. Narahatlıq doğuran digər məqam istehsal olunan ərzağın 13 faizinin məhsul yığımından dərhal sonra, 19 faizinin isə pərakəndə satış və istehlak mərhələsində israf edilməsidir.

Məhz bu səbəbdən, cari ilin mövzusu elmin, rəqəmsal texnologiyaların və süni intellektin kənd təsərrüfatına inteqrasiyasını ön plana çıxarır. Çünki innovasiya təkcə laboratoriya kəşfləri deyil, həm də aqrar sahənin hər bir pilləsində tətbiq edilən praktiki həll yollarıdır. Məsələn, sensor və dronlar vasitəsilə torpağın rütubətini ölçən "ağıllı kənd təsərrüfatı" sistemləri qlobal şirin su ehtiyatlarının 70 faizini işlədən bu sahədə resurslardan daha qənaətlə istifadəyə şərait yaradır. Bununla yanaşı, müasir saxlama anbarları və soyuq zəncir logistikası kimi post-yığım texnologiyaları ərzağın xarab olmasının qarşısını alaraq israfı minimuma endirir.

Ölkəmizdə də qida təhlükəsizliyinin təmin olunması və əhalinin keyfiyyətli məhsullara çıxışı dövlət siyasətinin prioritetidir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "tarladan süfrəyə" prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində nəzarət mexanizmlərini tətbiq edir.

Elmi yanaşmalara söykənən laborator analizlər və innovativ həllər daxili bazarda qida mənşəli təhlükələrin qarşısını almağa imkan verir. Eyni zamanda, 16 Oktyabr Ümumdünya Qida Günü çərçivəsində təşkil edilən maarifləndirmə tədbirlər, xüsusi videoçarxlar cəmiyyətdə israfçılığa qarşı mübarizəni və şüurlu istehlak vərdişlərini stimullaşdırır.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) XQ-yə verilən məlumatda bildirilir ki, qida zəncirinin bütün mərhələlərində risklərin idarə olunması, nəzarət və monitorinq işlərinin aparılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, laboratoriya imkanlarının genişləndirilməsi, eləcə də sahibkarlarla istehlakçıların maarifləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilir.

Açıqlamaya əsasən, hazırda risk əsaslı nəzarət mexanizminin tətbiqi, məhsulların ilkin istehsal mərhələsindən istehlakçıya çatdırılanadək izlənilməsi, qida obyektlərində təhlükəsizlik tələblərinə riayət olunması, laboratoriya müayinələrinin aparılması və aşkar edilən uyğunsuzluqların aradan qaldırılması əsas fəaliyyət istiqamətlərindəndir. Eyni zamanda, istehlakçıların məlumatlandırılması və maarifləndirilməsi istiqamətində də sistemli işlər görülür.

Məlumatda qeyd edilir ki, son dövrdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və qida zəncirində risklərin daha səmərəli idarə olunması istiqamətində mühüm işlər görülüb. Bu tədbirlər əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunmasına, qida təhlükəsizliyi sisteminin davamlı inkişafına və istehlakçı hüquqlarının qorunmasına xidmət edir. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” uğurla tamamlanaraq, icra göstəricisi 92 faiz səviyyəsində qiymətləndirilib.

İqlim dəyişmələri, su qıtlığı, qloballaşan dünyada qida təchizatı zəncirinin mürəkkəbləşməsi, yeni texnologiyaların tətbiqi qida təhlükəsizliyi sistemləri qarşısında yeni çağırışlar formalaşdırır. Qida təchizatı zəncirinin mürəkkəbləşməsi təhlükələrin vaxtında müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunmasına daha müasir və çevik yanaşmaların tətbiqini zəruri edir.

Bu çağırışlar nəzərə alınaraq “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi, erkən xəbərdarlıq və rəqəmsal izlənilmə sistemlərinin inkişafı prioritet istiqamət olacaq. Proqram çərçivəsində qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, dövlət informasiya sistemləri arasında inteqrasiyanın gücləndirilməsi və rəqəmsal həllərin tətbiqinin təkmilləşdirilməsi planlaşdırılır.

Bununla yanaşı, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) məlumatların təhlili üçün süni intellekt modelinin hazırlanması, sahibkarlar tərəfindən rəqəmsal monitorinq sistemləri və sensor texnologiyaların tətbiqinin təşviqi, laboratoriya imkanlarının artırılması və yeni analitik metodlar nəzərdə tutulur. İstehsal, emal və ictimai iaşə müəssisələrində HACCP sisteminin əhatə dairəsinin genişləndirilməsi də qarşıdakı dövrdə əsas istiqamətlərdən biri olacaq.

Qurumun qarşıdakı dövrdə əsas məqsədi yaranan yeni riskləri qabaqlamaq, qida zəncirinin bütün mərhələlərində nəzarətin səmərəliliyini artırmaq, müasir texnologiyalardan istifadə etməklə təhlükələrin daha erkən müəyyənləşdirilməsinə nail olmaq və əhalinin təhlükəsiz qida ilə davamlı təminatını gücləndirməkdir.

Elenora HƏSƏNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see366

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see266

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see227

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see196

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see187

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see179

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see177

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see176

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see170

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see169

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see169

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see167

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see163

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see159

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see159

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see155

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see155

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see148

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri