Icma.az
close
up
RU
“Qida təhlükəsizliyi vahid sağlamlığın mühüm tərkib hissəsidir” AQTA sədri Yeni Çağ Media

“Qida təhlükəsizliyi vahid sağlamlığın mühüm tərkib hissəsidir” AQTA sədri Yeni Çağ Media

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

“Müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır. Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir. Bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edir və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndiririk”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada keçirilən “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.

Q.Təhməzli bildirib ki, hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarıq formada özünü büruzə verməkdədir. Eyni zamanda, bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələndirilmiş fəaliyyət mexanizmləri yaradılmaqdadır: “Bu istiqamətdə həyata keçirilən və planetin canlı aləminin qorunması üçün tətbiq edilən “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə də mühüm addımlar atılır.

Məlumdur ki, qida təhlükəsizliyi “Vahid Sağlamlıq” konsepsiyasının strateji təməl sütunlarından biridir. Əhalinin sağlam və təhlükəsiz qidaya əlçatanlığının təmin edilməsi üçün isə ilkin istehsaldan istehlaka qədər qida zənciri boyunca ətraf mühit amillərinin zərərli təsirləri də daxil olmaqla, bütün potensial risklərin düzgün idarə edilməsi zəruridir. Lakin hava, su və torpaqda mövcud olan təbii çirkləndiriclər, habelə bitkiçilik təsərrüfatlarında pestisid və aqrokimyəvi maddələrdən, heyvandarlıq təsərrüfatlarında baytarlıq preparatlarından və antibiotiklərdən düzgün istifadə edilməməsi, bitki və heyvan mənşəli qida məhsullarında bu maddələrin qalıqlarının yol verilən hədlərdən yuxarı olmasına səbəb olur. Bu da yalnız bitki və heyvan sağlamlığına deyil, həm də insan sağlamlığına ciddi təhlükə yaradır. Statistik göstəricilərə əsasən, hər il dünyada təxminən 600 milyon insan müxtəlif çirkləndiricilərlə sirayətlənmiş qida məhsulları səbəbindən sağlamlıq problemləri ilə üzləşir. Xüsusilə, antibiotiklərdən məsuliyyətsiz istifadə halları qlobal miqyasda narahatlıq doğuran antimikrob rezistentliyin yaranmasına səbəb olur ki, bu da müasir səhiyyə və qida təhlükəsizliyi sistemləri üçün aktual məsələlərdən biri kimi qəbul edilir. Eyni zamanda heyvan sağlamlığına birbaşa, insan sağlamlığına isə dolayı yolla təsir etdiyini nəzərə alaraq, yem məhsullarının da təhlükəsizliyi qida təhlükəsizliyinin mühüm tərkib hissəsi hesab olunur”.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Noyabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see140

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see126

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see124

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see124

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see123

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see122

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see122

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see118

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see118

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see117

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see117

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see117

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see116

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see113

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see111

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see110

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see110

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see110

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see110

Rusiya Federasiya Şurasından Avropa İttifaqına sərt cavab

16 Aprel 2025 09:13see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri