Icma.az
close
up
RU
QİDAMIZA ZƏHƏR QATANLAR... Yaxud AQTA keyfiyyətsiz məhsullara qarşı niyə mübarizə aparmır?

QİDAMIZA ZƏHƏR QATANLAR... Yaxud AQTA keyfiyyətsiz məhsullara qarşı niyə mübarizə aparmır?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Avropa Qida Standartları Agentliyi EFSA-nın nizamnaməsi əsasında yaradılanda vətəndaşlarımızda qida təhlükəsizliyi sahəsində müsbət dəyişikliklərin baş verəcəyi ilə bağlı böyük ümidlər yaranmışdı. Qurum yaradılarkən hamıya dedilər ki, AQTA Avropadakı kimi işləyəcək, artıq keyfiyyətsiz, saxta, təhlükəli qida tapılmayacaq. Hər kəs ümidlə düşündü ki, nəhayət, bazarda satılan broylerlərdən tutmuş süd məhsullarına qədər hər şey düzələcək, süfrəmizə ancaq sağlam qida gələcək.

Amma illər keçdi, vəziyyət çox da dəyişmədi. Hələ də marketlərdə və bazarlarda keyfiyyətsiz məhsullar satılır. Məsələn, "Mərcan Broyler", “Siyəzən Broyler”, “Şəfa Broyler” kimi firmaların məhsulları dadına, qoxusuna görə çox adamın narazılığına səbəb olur. Bəzi qəndlərdə təhlükəli ağardıcı boyalardan istifadə edildiyi deyilir. Süd məhsullarında normadan artıq qatqılar tapıldığı haqda xəbərlər verilir, amma istehsal dayanmır. İstehlakçı bu halları görə-görə təbii olaraq soruşur: bəs Qida Təhlükəsizliyi Agentliyi nə iş görür?

Avropada belə qurumlar hansı məhsulda pozuntu varsa, hamısını açıq şəkildə paylaşır, istehlakçı da bilir ki, hansı markadan uzaq durmalıdır. Bizdə isə “minlərlə yoxlama”, “yüzlərlə cərimə” kimi ümumi sözlər deyilir, amma kimin məhsulu təhlükəlidir, kim qaydanı pozub — bunlar demək olar açıqlanmır. Elə bil, istehlakçı üçün əsas olan məsələ arxa plana atılır.

Üstəlik, çox adam deyir ki, kiçik dükanlara və kiçik istehsalçılara sərt yanaşırlar, amma böyük fabriklərə, tanınmış markalara qarşı çox yumşaq davranırlar. Bu da təbii olaraq “kiminsə söykənəcəyi var” söz-söhbətini artırır.

Bütün bunlara görə insanlar hesab edir ki, AQTA yaradılarkən verilən vədlər yerinə yetirilməyib. Keyfiyyətsiz broylerlər, qatqılı və təhlükəli qidalar hələ də süfrəmizə gəlir. İstehlakçı isə hələ də aldığı məhsulun doğrudan da sağlam olub-olmadığına əmin ola bilmir.

Bir müddət bundan əvvəl telekanalların birində portağallara boyaq maddəsinin qatılması ilə bağlı xəbər verildi. Bu zaman Qida Təhlükəsizliyi Agentliyi açıqlama verdi ki, bu məsələdən sizin sayənizdə xəbərdar olduq və araşdırma aparılır. Üstəlik, vətəndaşlara müraciət ediblər ki, belə halları görsələr, agentliyə məlumat versinlər. Sual olunur, əgər hər şeyi vətəndaş deməlidirsə, bəs onda agentlik hara baxır?

İlkin MƏMMƏDKƏRİMLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Avqust 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri