Qırğız Respublikasının Mediatorlar İcmasının nümayəndələri Ali Məhkəmədə olublar
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı il yanvarın 15-də ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Mediatorlar İcmasının nümayəndələri ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.
Newscenter.az xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun əhəmiyyətindən danışaraq, mediasiyanın mübahisələrin səmərəli, çevik və əlçatan şəkildə həllində mühüm rol oynadığını bildirib. Görüşdə mediasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin və qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilib, Türk Dünyası Mediatorlar Birliyi ilə əlaqələrin inkişafının bu baxımdan əhəmiyyəti vurğulanıb. Eyni zamanda Ali Məhkəmənin fəaliyyəti, ölkəmizin məhkəmə sistemindəki yeniliklər barədə qonaqlara ətraflı məlumat verilib.
Qırğız Respublikasının ədliyyə nazirinin müavini, nümayəndə heyətinin rəhbəri Orozbek Sıdıkov və Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel səmimi qəbula görə təşəkkür edərək, türk dünyası ölkələri arasında mediasiya sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Mediasiya sahəsində təcrübə mübadiləsinin və birgə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.
Süleyman
Bu mövzuda digər xəbərlər:Qırğız Respublikasının Prezidenti Azərbaycana gəlib
11 Noyabr 2024 21:56
Kəmaləddin Heydərov Qırğız Respublikasının fövqəladə
15 Noyabr 2024 17:20
COP29 Qırğız Respublikasının Prezidenti COP29da iştirak
12 Noyabr 2024 00:43
Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan AZƏRTAC
23 Dekabr 2024 17:35
Baxış sayı:79
Bu xəbər 15 Yanvar 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















