Qırıcılar hazır vəziyyətə gətirildi: Türkiyə bu ölkəyə havadan daxil olur
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Somalidə öz Hərbi Hava Qüvvələrinin xüsusi komandanlığının yaradılması barədə qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə HBN telekanalı Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, yeni komandanlığın ixtiyarında döyüş helikopterləri, qırıcı təyyarələr və hərbi-nəqliyyat vasitələri olacaq. Komandanlığın əsas məqsədi Somali Milli Ordusunun əməliyyat imkanlarının artırılmasıdır.
Yaşar Gülər bildirib ki, bu addım Ankara ilə Moqadişu arasında təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığın strateji tərkib hissəsidir və əsasən şəxsi heyətin hazırlanması, eləcə də terrorla mübarizə əməliyyatlarını əhatə edir.
Telekanalın qeyd etdiyinə görə, Türkiyə artıq Moqadişuda özünün ölkə xaricindəki ən böyük hərbi bazasına malikdir. TURKSOM adlı birgə əməliyyat çərçivəsində bu bazada minlərlə somalili hərbçi təlim keçir.
Məlumata əsasən, 2025-ci ilin noyabrında Somali və Türkiyə dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Bu da Türkiyənin Afrika Buynuzu regionunda strateji mövqelərinin gücləndiyini göstərir. Bundan əlavə, dekabrın 12-də Somali sahillərində, Hind okeanı ərazisində Türkiyəyə məxsus kosmodromun tikintisinə başlanılıb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Dekabr 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















