“Qırmızı vərəqə planlarımızı alt üst etdi” Zaqatala nın baş məşqçisi
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"İlk 5 dəqiqəsində istədiyimiz tempdə pressinq etdik. Qol imkanımız da oldu, amma təəssüf ki, bundan yararlana bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rakif Əliyev deyib.
Mütəxəssis komandasının Birinci Liqanın 3-cü turunda "Karvan-Yevlax"a məğlubiyyətini şərh edib:
"Bundan sonra futbolçumuzun qırmızı vərəqə alması planlarımızı alt-üst etdi. Biz gənclərdən qurulmuş komandayıq və əsasən sistem üzərindən futbol oynayırıq. Elxan Məmmədov intizamsızlıq etdi və buna görə cəzalandı. Onu başa düşürük, gəncdir, 19 yaşı var. Oyundan sonra çox məyus olmuşdu. Bu hadisə ona böyük dərs oldu. İlk hissədəcə 0:3 hesabı ilə geridə idik. Hesabın daha da böyüməməsi üçün ikinci yarıda daha qapalı futbol oynadıq. Rəqib futbolçularının təcrübəsi də açıq-aşkar hiss olunurdu. 3 oyuna 4 xal qazanmışıq. Əslində 6 xal toplamağı düşünürdüm. Qarşıdakı görüşlərdə daha yaxşı nəticələr qazanmağa çalışacağıq. İnşallah, növbəti matçlarda azarkeşlərimizi sevindirərik".
Qeyd edək ki, "Karvan-Yevlax" - ""Zaqatala" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 19 Sentyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















