Icma.az
close
up
RU
Qırx min azalma, boş qalan siniflər, ixtisara gedən müəllimlər ARAŞDIRMA

Qırx min azalma, boş qalan siniflər, ixtisara gedən müəllimlər ARAŞDIRMA

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az-ın araşdırması nəticəsində məlum olub ki, son 10 ildə I sinfə gedənlərin sayı 40 min nəfərə yaxın aşağı düşüb. 

Bu da 24,4% azalma deməkdir.

2016-2017-ci tədris ilindən bəri I sinfə qəbul olunan şagirdlərlərin sayı ilə bağlı qrafiki təqdim edirik:

Qrafikdən də göründüyü kimi son illər birinci sinfə qəbul olan uşaqların sayı azalan tendensiya ilə davam edir.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Ölkə.az-a açıqlamasında bildirib ki, bu azalma davam edəcək və 2035-ci ildən sonra isə böhran həddinə çata bilər:

“Çünki fertillik əmsalı (nəsilvermə) Azərbaycanda sürətlə aşağı düşür. 60-cı illərdə bu əmsal 6 vahid idisə, hazırda 1,4 vahid və ya daha aşağıdır. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəb odur ki, selektiv abortlar nəticəsində qızlar bioloji normadan az, oğlanlar isə bioloji normadan çox doğulur. Bu da əhalinin cins tərkibinin dəyişməsinə səbəb olur. Cins tərkibindəki dəyişikliklər nəticəsində qadınların sayı kişilərdən azdır. Paralel olaraq doğumun aşağı düşməsi 2035-2040-cı ildən sonra uşaqların yaş və cins tərkibində ciddi dəyişikliklərin olacağından xəbər verir”.

Ekspertin fikrincə, doğumdakı azalmalar kritik həddədir: “Bu, qlobal inkişafla bağlıdır. Ailələr daha çox övlad dünyaya gətirmək istəmir, adətən bir və ya iki övladla kifayətlənirlər. Bununla bağlı bəzi dövlətlər stimullaşdırıcı tədbirlər görürlər. Doğrudur, ölkəmizdə bu hal hələ böhran vəziyyətinə çatmayıb. Lakin qarşıdakı onilliklərdə böhranla qarşılaşmaq mümkündür”.

S.Məmmədov stimullaşdırıcı tədbirlərin görülməsinə, maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu qeyd edib. 

Təhsil məsələləri üzrə ekspert Elmin Nuri Ölkə.az-a açıqlamasında bildirib ki, məsələnin kökündə demoqrafik problem dayanır:

“Ümumilikdə, yeni anadan olan uşaqların sayında xeyli geriləmə var. Məsələn, 2025-ci ildə doğulan uşaqların sayı 95 min 875 nəfər olub. Bu o deməkdir ki, 6 il sonra birinci sinifə gedən uşaqların sayında ciddi azalma olacaq”.

Ekspert deyir ki, nəticə olaraq, məktəblərdə bir sıra siniflərin bağlanması gözlənilir: “Uşaq sayı az olacaqsa, sinif sayı da aşağı düşəcək. Sinif sayı azaldıqca isə müəllimlərin sayı azalacaq və onlar ixtisara düşəcək. Bakı, Sumqayıt şəhərlərində Abşeronun bəzi məktəblərində əhali sıxlığına görə siniflərdə şagird sıxlığı olsa da, demoqrafik azalma ilə bunu fərqləndirmək lazımdır.

E.Nuri bizi bu istiqamətdə ciddi təhlükə gözlədiyini deyir: “Məktəb binası, sinif otaqları şagird üçün var. Acı gerçək odur ki, sonrakı dövrlərdə istifadəsiz qalmış, ya da potensialından daha az şagirdi olan məktəblər görə bilərik”.

Könül Vəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Sentyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri