Icma.az
close
up
RU
Bakıda dərslər saat 9 da başlayacaq? AÇIQLAMA

Bakıda dərslər saat 9 da başlayacaq? AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.

Bəs ali və orta təhsil müəssisələrində dərslərin başlama saatı necə tənzimlənə bilər?

Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a bildirdi ki, orta ümumi təhsil məktəblərində dərs səhər saat 08:00-da başlayır, iş yerlərində iş vaxtı isə saat 09:00-da başlayır:

"Burada müəyyən qədər 1 saatlıq fərq yaratmaq olar. İş yerlərində saat 10:00-da işin başlanmasını təmin etmək olar. Ali təhsil müəssisələri saat 09:00-da, iş yerləri isə saat 10:00-da fəaliyyətə başlasa, bu bölgü daha uyğun olar. Orta ümumi təhsil məktəblərində onsuz da dərslər saat 08:00-da başlayır və orta ümumi təhsil məktəblərində iki növbəli sistem formalaşdırılarsa, bu daha yaxşı olar. Əlbəttə ki, bunların tənzimlənməsi nəqliyyat infrastrukturuna müəyyən qədər təsir göstərəcək. Məsələnin tam həll olunması mümkün olmasa da, bu müəyyən təsir göstərəcək. Amma mən düşünürəm ki, bu gün bizim nəqliyyat infrastrukturunun tənzimlənməsində və rahatlaşdırılmasında ən böyük problem mərkəzi küçələrdə, xüsusilə də təhsil müəssisələrinin və dövlət qurumlarının yerləşməsidir. Dövlət qurumlarının mərkəzi küçələrdən kənara çəkilməsi, eləcə də ali təhsil müəssisələrinin mərkəzdən kənarlaşdırılması məsələnin daha çox həllinə gətirib çıxara bilər. Hazırda Bakıda mərkəzi küçələrdə, İstiqlaliyyət küçəsində orta ümumi təhsil məktəbləri var. Eləcə də İçərişəhər ərazisində Azərbaycan Dövlət İqtisad Universiteti yerləşir. Bu da müəyyən qədər problem formalaşdırır. Bununla yanaşı, şəhərin mərkəzində Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti var".

Müsahibimizin sözlərinə görə, beynəlxalq təcrübəyə baxanda görürük ki, ali təhsil müəssisələri yaradılarkən heç vaxt dövlət tərəfindən mərkəzi küçələrdə kampus formasında yerləşdirilmir:

"Şəhərdən daha kənarda, böyük bir ərazidə kampus formasında ali təhsil müəssisələri üçün şərait formalaşdırılır. Düşünürəm ki, bizdə də bu olmalıdır. Həm ali təhsil müəssisələri böyük bir ərazidə öz lazımi infrastrukturunu təmin edə bilir: ayrı-ayrı fakültələr, inzibati binalar, maddi-texniki bazanın təmin olunması üçün laboratoriyalar, yataqxanalar və s. Yəni bu şəkildə müəyyən işləri görə bilər. Amma şəhərin mərkəzində olduğu zaman artıq bu işlərin görülməsi müəyyən qədər əngəllənir. Məsələn, Bakı Mühəndislik Universiteti Xırdalan tərəfdə, şəhərdən kənar ərazidə yerləşir. Düzdür, Bakı–Xırdalan istiqamətində müəyyən yüklülük var, bu ayrı məsələdir, amma şəhərdən kənarda yerləşməsi yaxşıdır. Məsələn, Sahil qəsəbəsi istiqamətində bir ali təhsil müəssisəsinin salınması, Buzovna–Mərdəkan istiqamətində bir ali təhsil müəssisəsinin yaradılması, Zığ yolu üzərində ali təhsil müəssisəsinin tikilməsi həyata keçirilə bilər. Xüsusilə də Azərbaycan Neft və Sənaye Universitetinin Sumqayıt şəhərinə köçürülməsi məqsədəuyğun hesab oluna bilər. Sumqayıt sənaye şəhəridir, orada neft-kimya zavodları var. Bu da tələbələrin rahat təcrübə keçməsi üçün münbit şərait yarada bilər. Mərkəzi küçələrdən məktəblərin və təhsil müəssisələrinin kənara köçürülməsi daha yaxşı olar. Yəni daha çox tələbə yüklülüyü olan təhsil müəssisələri istər-istəməz həm nəqliyyatda, həm də metroda müəyyən problemlər formalaşdırır. Bunların həll olunması, eləcə də iş vaxtlarının düzgün şəkildə tənzimlənməsi həyata keçirilərsə, Bakı şəhərində müəyyən qədər tıxacın qarşısı alınmış olar. Çünki həqiqətən də elə saatlar var ki, pik saatlar olmasa belə, həmin vaxtlarda istər-istəməz yüklülük özünü göstərir. Sıxlıq əsasən saat 07:30-dan başlayır və təxminən 09:30-a qədər davam edir. Yəni iki saat müddətində ciddi şəkildə yüklənmə olur. Eləcə də günorta saatlarında və axşam işdən çıxış vaxtlarında yüklənmə müşahidə edilir. Deməli, burada təhsil müəssisələrinin də rolu var, iş yerlərinin də rolu var. Bəli, iş yerlərinin iş saatlarında müəyyən tənzimləmələr həyata keçirilməlidir. Eləcə də təhsil müəssisələrində də müəyyən tənzimləmələrin aparılması məqsədəuyğun olar".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri