Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Qış gəlməmiş evdə özünüz yoxlayın KONKRET

Qış gəlməmiş evdə özünüz yoxlayın KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Payız gələndə evdə ən tez hiss olunan problemlərdən biri pəncərədən gələn soyuq hava olur. Bəzən bunun səbəbi köhnəlmiş rezin, bəzən pəncərənin düzgün bağlanmaması, bəzən isə montaj zamanı buraxılmış səhvdir. Buna görə də pəncərədən külək gəldiyini hiss edən kimi onu dəyişdirmək heç də həmişə lazım deyil.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, əvvəlcə soyuğun haradan gəldiyini müəyyənləşdirmək, daha sonra pəncərənin təmirə, yoxsa tam dəyişdirilməyə ehtiyacı olduğunu müəyyən etmək lazımdır.

Ən çox problem yaradan hissə – Pəncərənin rezini

Plastik pəncərənin kənarında yerləşən rezin sadəcə xırda bir detal deyil. O, qanadla çərçivə arasında kiplik yaradır və çöldən soyuq hava, toz, səs və nəmin daxil olmasının qarşısını almağa kömək edir. İllər keçdikcə rezin sərtləşə, elastikliyini itirə, çatlamağa və formasını dəyişməyə başlayır. Bu zaman pəncərə bağlı olsa da, kənarından hava gəlir.

Bakıdakı hazırkı qiymət siyahısında EPDM pəncərə rezini 3 AZN/metr göstərilir. Məsələn, bir pəncərəyə təxminən 5-6 metr rezin lazım gəlsə, yalnız materialın qiyməti təxminən 15-18 AZN edir.

Evdə rezinin köhnəldiyini necə yoxlamaq olar?

Bunu anlamaq üçün xüsusi cihaz lazım deyil. Pəncərəni bağlayın və arasına adi bir vərəq qoyun. Sonra pəncərəni bağlayıb vərəqi çəkməyə çalışın. Vərəq çox asanlıqla çıxırsa, həmin hissədə sıxlıq zəifdir.

Rezinin özünə də baxmaq lazımdır. Əgər rezin bərkiyibsə, çatlayıbsa, əvvəlki elastikliyini itiribsə, bəzi yerlərdə əzilib və formasını dəyişibsə, çərçivədən ayrılırsa, sadəcə pəncərəni daha bərk sıxmaq problemi tam həll etmir. Çünki köhnəlmiş rezini bərk sıxmaq onun materialını yenidən elastik etmir. Belə halda rezinin dəyişdirilməsi daha məntiqlidir.

Pəncərəmizdə “qış rejimi” var, amma çox adam bilmir

Plastik pəncərələrlə bağlı ən çox yayılan məsləhətlərdən biri “qış rejiminə keçirmək”dir. Pəncərənin kənarında, metal mexanizmin üzərində kiçik dairəvi və ya oval hissələr olur. Bunlara eksantriklər deyilir. Onların köməyi ilə pəncərə qanadının çərçivəyə nə qədər sıx basdığı tənzimlənə bilər. Bu sıxlıq artırıldıqda pəncərədən hava sızması azalər. Buna gündəlik dildə “qış rejimi” deyilir. Amma burada vacib detal var: hər plastik pəncərədə ayrıca “yay-qış düyməsi” yoxdur və hər pəncərəni mövsümə görə mütləq dəyişmək lazım deyil.

Şüşə paketində problem

Bəzən ev sahibi soyuğu rezindən bilir və dərhal rezini dəyişmək istəyir. Lakin problem şüşə paketində də ola bilər. Əgər şüşələrin arasında buxarlanma və ya su damcıları əmələ gəlirsə, bu, şüşə paketinin hermetikliyinin pozulmasına işarə edir. Belə vəziyyətdə sadəcə pəncərə rezinini dəyişmək problemi həll etməyəcək.

Montaj səhvi daha böyük problemdir

Bəzən pəncərə özü keyfiyyətli olur, rezini də normal vəziyyətdə qalır. Soyuq isə çərçivə ilə divarın birləşdiyi hissədən gəlir. Bu halda problem pəncərənin özündə yox, montajda ola bilər. Çərçivənin ətrafındakı montaj boşluqları düzgün doldurulmayıbsa və ya zamanla həmin hissələr zədələnibsə, otağa soyuq hava daxil ola bilər. Belə vəziyyətdə rezin dəyişdirmək üçün pul xərcləmək nəticə vermir. Ona görə usta çağıranda yalnız “rezini dəyişin” demək əvəzinə problemin mənbəyinin müəyyənləşdirilməsini istəmək daha doğrudur.

Bir sözlə, qış gəlməmiş pəncərəyə baxmaq yeni pəncərə almaqdan daha ucuz başa gələ bilər. Əsas məsələ soyuğun haradan gəldiyini düzgün müəyyən etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Sentyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri