Icma.az
close
up
RU
Qış turizminin perspektivləri müzakirə edilib

Qış turizminin perspektivləri müzakirə edilib

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Toplantıda Türk Dövlətləri Təşkilatının rəsmiləri və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Azimov türk dünyasında turizm sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, qış turizminin, eləcə də qış idman yarışlarının türkdilli ölkələrin iqtisadiyyatında mühim rol oynadığını və bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsinin, birgə yarışların təşkilinin və vahid turizm marşrutlarının formalaşdırılmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb. Mirvohid Azimov Türk Dövlətləri Təşkilatının fəaliyyətinin prioritet istiqamətlərindən birinin türk dövlətlərini turizm sahəsində inteqrasiya olunmuş, vahid yanaşma əsasında fəaliyyət göstərən və beynəlxalq miqyasda rəqabətqabiliyyətli məkan kimi formalaşdırmaq olduğunu qeyd edib.
Türkdilli dövlətlərin dağ-xizək kurortları arasında koordinasiyanın gücləndirilməsinin vacibliyinə toxunan Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Baş katibi Orxan Bədəlov öz çıxışında təcrübə mübadiləsinin aparılmasının və birgə marketinq layihələrinin həyata keçirilməsinin gələcəkdə ortaq turizm brendinin formalaşmasına xidmət edəcəyini bildirib. O, İttifaqın əsas hədəfinin üzv kurortlar arasında davamlı əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək, xidmət keyfiyyətini yüksəltmək və türk dünyasını qış və yay turizminin cəlbedici mərkəzlərindən birinə çevirmək olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə qış turizminin inkişafında beynəlxalq səviyyəli idman yarışlarının xüsusi yer tutduğunu və turist cəlbediciliyi baxımından böyük önəm kəsb etdiyini qeyd edib. O beynəlxalq idman federasiyaları və təşkilatları ilə qurulan əməkdaşlıq çərçivəsində qış idman tədbirlərinin təşkilinin artıq ölkənin turizm potensialının nümayişi üçün mühim marketinq alətinə çevrildiyini və bu səpkili yarışların ölkə imicinin formalaşmasına müsbət təsir göstərdiyini bildirib. Kənan Quluzadə bu formatlı toplantıların türk dövlətləri arasında təcrübə mübadiləsinin dərinləşdirilməsinə, tədbirlər barədə ölkələrimizdə məlumatlılığın artırılmasına, ortaq təşəbbüslərin təşviqinə, vahid kommunikasiya strategiyasının formalaşdırılmasına və qarşılıqlı dəstəyin gücləndirilməsinə mühim zəmin yaratdığını qeyd edib.
Toplantında türk dövlətləri arasında qış və dağ turizmi sahəsində ortaq marketinq strategiyasının hazırlanması, investisiya imkanlarının təşviqi, kadr hazırlığı, iş birliyinin genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində toplantı iştirakçılarına Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının rəsmi veb səhifəsinin təqdimatı keçirilib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının dəstəyi ilə yaradılan Türkdilli Dövlətlərinin Xizək Kurortları İttifaqı hazırda Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan olmaqla ümumilikdə 8 üzv kurortu özündə birləşdirir.
AzVision.az Qalereya
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Fevral 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri