Icma.az
close
up
RU
Qısa tənəffüs 10, böyük isə 15 dəqiqə olmalıdır TƏKLİF

Qısa tənəffüs 10, böyük isə 15 dəqiqə olmalıdır TƏKLİF

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ümumtəhsil məktəblərində dərslər və fəsilələr Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli qərarı ilə müəyyən edilib. Hazırda qısa tənəffüs 5, böyük tənəffüs isə 10 dəqiqədir. Tənəffüs prosesinin bu cür olması tədrisə mənfi təsir göstərir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. 
O bildirib ki, şagird 5 dəqiqəlik tənəffüsdə yalnız sinifdən çıxır, sanitar qovşağa gedir, su içir və ya bufetə baş çəkir:
"Bu müddət dincəlmək üçün kifayət etmir. Bu səbəbdən də dəhlizdə tələskənlik, itələşmə və aqressiv mühit yaranır. Halbuki məktəb mühitinin vacib hissələrindən biri də fəsilə mədəniyyətidir. Qısa tənəffüslər bu mədəniyyətin formalaşmasına imkan vermir.
Şagird bir dərsdən digərinə keçərkən emosional yükünü atmağa ehtiyac duyur. 5 dəqiqəlik tənəffüsdə isə bu, mümkün olmur. Gərginlik növbəti dərsə daşınır, diqqət və motivasiya azalır, davranış pozuntuları artır. Problem çox vaxt nə dərsdə, nə də müəllimdə deyil, məhz tənəffüsün azlığındadır. Dincəlməyən uşaq diqqətli ola bilmir, beyin isə daimi yüklənmədə öyrənməni çətinləşdirir".
Ekspert deyib ki, bu baxımdan tənəffüslərin bu qədər qısa olması yolverilməzdir:
"Beynəlxalq təcrübədə qısa tənəffüs 10, böyük tənəffüs 15-20 dəqiqə olur. Həmçinin aktiv fəsilələr tətbiq edili. Şagirdlər 20 dəqiqəlik fasilədə açıq havaya çıxır, hərəkət edir, oyun oynayır. Məqsəd tənəffüsü real dincəlmə vaxtına çevirməkdir.
Ən münasib variant qısa tənəffüsün 10 dəqiqəyə, böyük tənəffüsün isə ən azı 15 dəqiqəyə artırılmasıdır. Tənəffüsün az olması dərs prosesinə də mənfi təsir göstərir. Müəllim dərsə başlamazdan əvvəl sinfi sakitləşdirməyə vaxt itirir. Qısa tənəffüsdən sonra şagirdlər yorğun, səbirsiz olur, dərsə tam fokuslana bilmirlər. Bu da dərsin keyfiyyətinin aşağı düşməsinə səbəb olur".
O bildirib ki, məktəb yalnız dərs keçilən yer deyil:
"Sanitar qovşaqların azlığı da problemləri gücləndirir. Bir çox məktəblərdə şagird sayı normadan bir neçə dəfə artıq olduğundan  növbələr yaranır. Bu da tənəffüsün kifayət etməməsinə səbəb olur.
Məktəb mühiti şagirdin rifahına xidmət etməlidir. Fəsilədə uşaq dincəlməli, ehtiyaclarını ödəməli, emosional tarazlığını bərpa etməlidir ki, dərsdə diqqətli və məhsuldar olsun".
Ekspertin sözlərinə görə, uşaqlardan nizam-intizam, yaxşı nəticə gözləyiriksə, onlara normal dincəlmək üçün şərait yaratmalıyıq:
"Tənəffüs müddətlərinin artırılması böyük islahat deyil və tətbiq olunması çətinlik yaratmır. Hətta iki növbəli məktəblər üçün cüzi vaxt fərqi yaratsa da, əldə ediləcək fayda daha böyükdür.
Bu səbəbdən qısa tənəffüslərin 10, böyük tənəffüslərin isə 15-20 dəqiqə olması ən optimal yanaşmadır".
Qeyd edək ki, 2 gün əvvəl Gəncə şəhərində baş verən zəhərlənmədən sonra məktəblilərin qidalanma və fasilə vermək kimi problemləri gündəmə gətirilib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri