Icma.az
close
up
RU
10 dəqiqə tənəffüs olsa, həm şagirdlər, həm də müəllimlər sevinəcək Tanınmış müəllimdən TƏKLİF

10 dəqiqə tənəffüs olsa, həm şagirdlər, həm də müəllimlər sevinəcək Tanınmış müəllimdən TƏKLİF

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər geniş müzakirə olunan məsələlərdən biri də məktəblərdə dərs saatının 45 dəqiqədən 40 dəqiqəyə salınması, tənəffüsün isə 5 dəqiqədən 10 dəqiqəyə artırılmasıdır.

Tanınmış müəllim Səbinə Əsədova Redaktor.az-a açıqlamasında bildirdi ki, təklif özlüyündə şagird və müəllimlər üçün cazib görünsə də, valideynlər üçün xüsusi narahatlıq yaradıb.

"Məsələyə həm şagirdlərin gözü ilə, həm müəllimlərin, həm də valideynlərin gözü ilə baxaq. Hansı tərəfləri müsbət, hansıları mənfidir, birlikdə aydınlaşdıraq.

Bu təklifə, sözsüz ki, şagirdlər “ura!” deyəcək. Çünki daha çox saat çərçivədə olmaq şagird üçün sıxıcıdır və bəzilərinə “cəzaçəkmə” saatı kimi gəlir. Dərslər 40 dəqiqəyə salınıb, 10 dəqiqə tənəffüs olsa, həm şagirdlər, həm də müəllimlər sevinəcək. Çünki 5 dəqiqə fasilə ancaq müəllimə də, şagirdə də otaqdan otağa keçməyə imkan verir. Yəni beyin rahatlığı baş vermir, əksinə, daha böyük məktəblərdə siniflərə yığılmaq zaman apardığı üçün gərginlik yaradır. Müəllim kimi də bu ürəkaçan görünür".

Onun sözlərinə görə, şagirdlər onsuz da dərsin sonlarına yaxın yorulduğu üçün orada keyfiyyətdən söhbət gedə bilməz:

"Əgər valideynlər və bəzi müəllimlər sinifdə uşaq sayının çox olduğuna görə vaxtın azaldılmasına etiraz edərlərsə, diqqətə çatdırmaq istəyirəm ki, sinifdə 20 şagird olsa da, 40 şagird olsa da, dərsin sonuna yaxın uşaqlar yorulur. Çünki indiki dərs yükü ağırdır, bir mövzuda bir neçə tələb qoyulur. Onu mənimsətmək daha çox öyrətmə deməkdir. Bu isə şagirdin informasiya çoxluğu ilə bağlı beyninin tez yorulmasına səbəb olur. Problemin kökü 45 dəqiqəyə daha çox şagirdin düşmə nisbətində deyil".

Müəllim vurğuladı ki, öyrənməni keyfiyyətli etmək üçün xeyli addımlar atılmalıdır:

"Dərsliklərin işlənməsindən fənlərin sayına qədər, şagird yaşının nəzərə alınmasından birnövbəli təhsilə keçidə qədər addımlar atılmalıdır. Bu siyahını artırmaq da olar. Əksər məktəblər 2 və ya 3 növbəli işləyir. Burada təhsil alanlar və təhsilverənlər üçün həyat daha yorucudur. Çünki onlar gecə saatlarında evə gedib çıxırlar. Belə halda heç cür sağlam həyat tərzindən və ya səmərəli təhsildən danışa bilmərik.

Belə bir təklif də irəli sürürəm ki, bunları da nəzərə alıb tənəffüsləri 5 dəqiqədə saxlasınlar ki, 2-ci və 3-cü növbələr gec saatlara qalmasın, həm də 1-ci növbə şagirdləri evə tez gedib dincələ bilsinlər".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see364

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri