Icma.az
close
up
RU
“Qışa yaxşı hazırlaşın, ağır keçəcək” ŞOK XƏBƏRDARLIQ

“Qışa yaxşı hazırlaşın, ağır keçəcək” ŞOK XƏBƏRDARLIQ

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Avropa ölkələri qarşıdakı qışda ciddi iqtisadi və enerji çətinliklərinə hazır olmalı, buna baxmayaraq, Rusiyaya təzyiqi azaltmamalıdır”.

Bunu Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Kiyevdə keçirilən "Yalta Avropa Strategiyası” forumunda bildirib.

Pauellin sözlərinə görə, Ukraynaya dəstək və Rusiyaya iqtisadi təzyiq strategiyası nəticə verməyə başlayıb və Avropa yaranacaq problemlərə görə geri çəkilməməlidir.

"Bu, bizim üçün real çətinliklər və problemlər yaradacaq. Lakin biz buna dözməli, Ukraynaya iqtisadi, hərbi, siyasi və diplomatik dəstəyi davam etdirməliyik”, - britaniyalı müşavir deyib.

O, Rusiyadan mümkün eskalasiya ilə bağlı xəbərdarlıqların da Qərbin strategiyasının uğursuzluğunu deyil, əksinə, təzyiqin təsir göstərməyə başladığını nümayiş etdirdiyini iddia edib.

Pauellin açıqlaması Avropanın enerji böhranı və qaz ehtiyatlarının azalması şəraitində qışa hazırlaşdığı bir vaxta təsadüf edir.

Avropa İttifaqı son illərdə Rusiya qazından asılılığını kəskin azaltsa da, bu ölkədən tədarük hələ də Aİ-nin qaz idxalının təxminən 12 faizini təşkil edir. Brüssel yanvar ayına qədər Rusiya qazından tamamilə imtina etməyi planlaşdırır. Lakin Avropa Auditorlar Məhkəməsi enerji çatışmazlığı fonunda bu planın həyata keçirilməsində problemlər yarandığı barədə xəbərdarlıq edib.

Ukraynanın özü də müharibənin ağır iqtisadi nəticələri ilə üzləşir. Ölkənin iqtisadiyyat naziri Aleksandr Kravçenko forumda bildirib ki, bu il infrastruktur və digər aktivlərin dağıdılması nəticəsində dəymiş zərər təxminən 10 milyard dollara çata bilər.

Onun sözlərinə görə, dəniz limanlarının blokadası nəticəsində taxıl ixracının azalması Ukraynanın ÜDM-ni əlavə olaraq 1,5 faiz aşağı sala bilər.

Buna baxmayaraq, Conatan Pauell Ukraynanın gələcəyi barədə nikbin danışıb. Onun fikrincə, Ukrayna artıq bir mənada "qalib gəlib”, çünki Rusiyanın bütün ölkəni ələ keçirməsi mümkün olmayacaq və Avropaya istiqamətlənmiş müstəqil Ukrayna öz gələcəyini özü müəyyənləşdirə biləcək.

Britaniyalı müşavir ABŞ Prezidenti Donald Trampın mövqeyində də dəyişiklik olduğunu iddia edib. Pauellin sözlərinə görə, Vaşinqton artıq Ukraynanın əvvəlkindən daha yaxşı nəticələr göstərdiyini düşünür və buna görə də ABŞ rəhbərliyinin müharibəyə yanaşması dəyişib.

O həmçinin ötən il Alyaskada keçirilmiş ABŞ-Rusiya görüşündən sonra gündəmə gələn Ukraynanın ərazi güzəştləri və NATO perspektivindən imtinası ilə bağlı əvvəlki razılaşmaların artıq aktual olmadığını söyləyib.

Pauellin fikrincə, indi əsas məqsəd Rusiyaya iqtisadi, hərbi və siyasi təzyiqi elə səviyyəyə çatdırmaqdır ki, Moskva ciddi danışıqlara razı olsun.

Bununla yanaşı, britaniyalı müşavir ABŞ və Avropanı Rusiya rəhbərliyi ilə əlaqə kanallarını açıq saxlamağa çağırıb. Onun sözlərinə görə, bu, tərəflərin "qırmızı xətlər” barədə yanlış hesablamalarının və təhlükəli anlaşılmazlıqların qarşısını almaq üçün vacibdir.

///musavat.com///

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 Sentyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri