Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Qışda dünyanın ən yumşaq qarını haradan tapmaq olar?

Qışda dünyanın ən yumşaq qarını haradan tapmaq olar?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Qış mövsümündə ideal tətil şəraitini tapmaq bəzən çətin olur: hava şəraitinə görə dağ-xizək kurortlarına üz tutanlar bəzən tüklü ağ qar əvəzinə yağışlı, rütubətli hava ilə qarşılaşırlar. Lakin tədqiqatçılar bu qış məyus olmayacağınız məkanları müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, "The Daily Mail" nəşrinin yazdığına görə, "Inghams Ski" şirkətinin məlumatlarına əsasən, dekabrdan aprelədək davam edən xizək mövsümündə "pambıq kimi qar" ifadəsi ilə edilən onlayn axtarışların sayı ötən illə müqayisədə 46 faiz artıb.

Ekspertlər artıq 2025-ci ilin qışında dünyanın ən yumşaq qarının harada tapıla biləcəyini müəyyən ediblər.

Böyük Britaniya Kral Donanmasının sabiq meteoroloqu və "British Weather Services" qurumunun yaradıcısı Cim N. R. Deyl "Inghams Ski" ilə birgə xizəksürmə üçün ən əlverişli təbii şəraiti təhlil edib. Tədqiqat nəticəsində "Powder Snow Score" adlı göstərici hazırlanıb. Bu indeks altı əsas amili nəzərə alır: səth temperaturu, yağıntı səviyyəsi, havanın rütubəti, ümumi temperatur, külək sürəti və dəniz səviyyəsindən hündürlük. Bu göstəricilərin əsasında ekspertlər ən "pambıqvari", yəni tüklü və yüngül qarın əmələ gəlməsi üçün ideal şəraiti müəyyən edərək kurortları 0-dan 100-ə qədər bal üzrə qiymətləndiriblər.

Reytinqin lideri Avstriyanın Vestendorf kurortu olub. O, 84,8 bal toplayaraq məşhur İtaliya və Fransa istiqamətlərini geridə qoyub. Vestendorf Kitzbühel və "SkiWelt" bölgələri arasında yerləşir ki, bu da onu xizəkçilər və snoubordçular üçün cəlbedici edir.

İkinci və üçüncü yerləri İtaliyanın Ortizey (84 bal) və Qressoney (80,2 bal) kurortları tutub. Ortizey Dolomit dağlarının mərkəzində yerləşir, Qressoney isə Avropanın ən səssiz və mənzərəli xizək məkanlarından biridir. Burada yüksək dağ yamaclarında və kurortdan kənar sükunət dolu traslarda xizək sürmək mümkündür. Dördüncü və beşinci yerlərdə isə Avstriyanın Lex və Andorranın Soldeu kurortları qərarlaşıb.

Ekspertlərin qeyd etdiyinə görə, ən yaxşı "pambıq kimi" qar əsasən Avstriya və İtaliyada müşahidə olunsa da, İsveçrə və Fransa da yüksək göstəricili kurortlara malikdir.

"Inghams Ski" şirkətinin qış istiqamətləri üzrə rəhbəri Melvin Vestleyk bildirib ki, təcrübəli xizəkçilər və snoubordçular – xüsusilə ustalıqlarını artırmaq istəyənlər – hər il "powder snow" adlanan bu xüsusi qarın axtarışına çıxırlar.

O əlavə edib ki, hava və qar şəraiti hər nə qədər dəyişkən olsa da, bu araşdırma bu mövsüm "pambıq kimi” qar axtaranlara faydalı olacaq.

"Yadda saxlayın ki, ən yaxşı qar çox vaxt az tanınan, kurortlardan kənar ərazilərdə olur. Oraya yalnız ərazini yaxşı tanıyan təcrübəli bələdçi ilə getmək məsləhətdir”, deyə o xəbərdarlıq edib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri