Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? Mütəxəssis açıqladı
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Son illərdə artan iqlim dəyişikliyi və qış aylarında bəzən havaların həddindən artıq mülayimləşməsi təkcə ətraf mühit və sağlamlıq problemlərinə deyil, həm də geoloji suallara yol açıb. Belə ki, bir çoxları belə fikirləşirlər ki, əgər qış fəslində hava qəfil istiləşirsə, deməli, zəlzələ ola bilər.
Hava proqnozlarına baxanda da fevral ayında Azərbaycan üçün xarakterik olmayan mənzərə ilə qarşılaşırıq: bu gün üçün 20, sabah üçün 23 dərəcə.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli Oxu.Az-a açıqlamasında bildirib ki, zəlzələlər, adətən, yerin bir neçə kilometr dərinliyində olur:
"Ona görə də yerin üstündə baş verən hadisələr zəlzələlərin olması üçün əsas səbəb deyil. Yəni zəlzələləri əmələ gətirən mexanizmlər tamamilə fərqlidir və havanın ona heç bir təsiri yoxdur".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Fevral 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















