Icma.az
close
up
RU
Qışda yaz günəşi təbiətə və insanlara necə təsir edəcək? Ekspertlərin fikirləri

Qışda yaz günəşi təbiətə və insanlara necə təsir edəcək? Ekspertlərin fikirləri

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə hazırlanıb)

Son illər fəsillər öz xarakter xüsusiyyətlərinə uyğun keçmir. Alimlər bunu iqlim dəyişkliyi ilə əlaqələndirir, bu dəyişikliyin ciddi fəsadları olacağı ilə bağlı zaman-zaman xəbərdarlıq edirlər. 

Bu il Azərbaycanda qış fəsli də əvvəlki illərdən fərqli oldu. Yanvarın son gününü yaşamağımıza baxmayaraq, çöldə sanki yaz havası var. Hətta bəzi ağaclar artıq tumurcuqlamaq istəyir. 

Bu cür hava isə istər təbiətə, istər insanlara, istər kənd təsərrüfatına ciddi ziyan vurur. Hidrometeroloqlar isə deyir ki, yaxın bir neçə gündə də hava belə keçəcək. 

Qaynarinfo mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 

Ekoloq Xosrov Musayev deyir ki, o hələ 20 il əvvəl söyləyib - atmosfer çirklənməsi sonda iqlim dəyişikliyinə gətirib çıxaracaq. Biz indi onu yaşayırıq:


"Bu havaların ardınca isə anomal istilər gələcək. Yanvar ayında heç vaxt belə isti hava olmamışdı. Hətta keçən il hava bundan sərin idi, daha sonra meyvənin çiçəkləyən vaxtı yağış, külək oldu, ona görə də keçən il meyvə ili olmadı. Havanın belə keçməsindən ən çox ziyanı kənd təsərrüfatı çəkir”. 

Ekspert qeyd edib ki, havanın bu cür keçməsi qlobal problemdir. Ona görə də bütün dünya dövlətləri bu məsələni qaldırmalıdır ki, həlli tapılsın:

"Çünki havanın sərhədi yoxdur. Ona görə də qlobal hava dəyişikliyi bütün regionlara, ekosistemə təsir edir. Ümumi orta temperatur son 50 ildə 1.2 dərəcə artıb. Ona görə də bütün dünya çalışır ki, bu artım 1.5 dərəcəni keçməsin. Bunun üçün beynəlxalq tədbirlər keçirilir, qərarlar qəbul edilir. Ancaq bu problemi qısa müddətdə həll etmək mümkün deyil”. 

Xosrov Musayev əlavə edib ki, iqlimin, hava normasının dəyişməsinin səbəbi insanların havaya atdığı zəhərli maddələrlə bağlıdır:

"Atmosferdə hazırda karbon dioksid çoxalır. Gələn günəş enerjisinin bir hissəsi karbon qazı tərəfindən udulur. Buna da istixana effekti deyirlər. Noyabr ayında keçirilən COP29 zamanı da dövlətlər öhdəlik götürdülər ki, karbon dioksidin atmosferə buraxılan miqdarını azaldacaq, alternativ enerjinin də payını artıracaqlar.

Hamı bu məsələni qaldırır, dünyanı narahat edir, digər tərəfdən də ətraf mühiti çirkləndirməkdə davam edirlər. Bunu da edən dövlətlər elə ən çox inkişaf etmiş ölkələrdir. Qeyd edim ki, həmin ölkələr öhdəlik götürmüşdülər ki, inkişaf etməkdə olan dövlətlərə də dəstək versinlər. Ancaq baxırsan ki, beynəlxaq müqavilələrə əməl olunmur. Bu məsələnin həlli olsa idi, belə vəziyyət yaranmazdı”. 

Qışda yaşanan bu xarakterik olmayan havanın insan orqanizminə təsirləri haqqında danışan Adil Qeybulla isə deyir ki, bu fəsildə havanın xarakterik olmayaraq isti keçməsi virusların fəallaşmasına, xəstəliklərin artmasına səbəb olur:

"Belə havada insanlar geyim formasını düzgün seçə bilmir. Soyuqdəymələr artır, bu isə silsilə yoluxmalara səbəb olur. Bu cür iqlim təlatümləri təsirsiz ötüşmür. Orqanizmi, immun sistemini dözümsüz edir”.


Professor onu da əlavə edib ki, bütün dünyada baş verən istilik tənzimi mexanizminin pozulması Yer kürəsinin ayrı-ayrı yerlərində müxtəlif iqlim dəyişikliklərinə gətirib çıxarır:

"Soyuq yerlərdə isti, isti yerlərdə daha isti hava kütlələri hökm sürür. Bu cür hava təbii ki, həmin ərazinin biosenozuna, ordakı mikroorqanizmlərin inkişafına təsir edir, fəsadlar törədir”. 

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov isə bildirib ki, bu havanın kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsiri var:

"Hazırda ölkəmizdə heyvandarlıqla bağlı ciddi problem - yem çatışmazlığı var. Yaşıl yem, qaba yem, şirəli yem növləri azdır. İndiki halda havanın belə keçməsi imkan yaradacaq ki, az həcmdə qalmış təbii biçənəklərdə, örüş ərazilərində otlar normal inkişaf etsin. Bu da heyvanların yemlənməsində müəyyən müsbət rol oynayacaq”.

Vahid Məhərrəmov onu da qeyd edib ki, havaların mövsümə uyğun olmaması artıq təbii hala çevrilib və uzun müddət də belə gedəcək:


"Çox təəssüf ki, bəzi iri dövlətlər də bu problemdən istifadə edərək qazanacaqlar. Ümumiyyətlə, havanın belə keçməsi payızlıq bitkilərin erkən inkişafına gətirib çıxarır. Bir müddətdən sonra ola bilsin ki, havalar yenidən soyusun, bu da təsir edəcək, davamlı inkişaf olmayacaq. Hətta ola bilər ki, havanın tempraturu 1 dərəcəyə qədər düşsün. Bu da indiki inkişaf prosesində problem yarada bilər. Amma bu o demək deyil ki, payızlıq bitkilərin məhsuldarlığı aşağı düşə bilər. Bizim fermerlər aqrotexniki qaydalara əməl etməklə bitkiçilikdə məhsuldarlığı artıra bilərlər. Vaxtı-vaxtında suvarma, zərərvericilərə qarşı mübarizə aparsalar, yemləməni düzgün aparsalar, vəziyyətə nəzarət mümkün olacaq. Elə elementlər var ki, onların sayəsində bitkinin stres amillərə dözümlü olması təmin edilir. Məsələn, bitkiyə kalium verməklə onu stres amillərinə dözümlü etmək mümkündür. İstənilən halda havanın isti və soyuq olması tənzimlənə bilir. 

Lakin aqrotexniki qaydalara, qulluq qaydalarına əməl etməsələr, məhsuldarlıq düşə bilər.  Məsələn, biz deyirik ki, bitkilərə gübrə vermək lazımdır. Dərindən analiz edilərək, buna uyğun hərəkət etmək lazımdır. Aəzrbaycanda havanın temperaturu 7-8 dərəcə şaxtaya qədər düşmür ki, bitkidə inkişaf prosesi dayansın, əks proses getsin. Bitkinin vaxtında mayalanmamasının səbəbi torpaqda lazım olan elementlər olmadığı üçündür. Bu zaman isə bitki stres amillərinə dözə bilmir. Əsas bitkinin dözümlülüyünü təmin etmək lazımdır.

Azərbaycanda məhsuldarlığın aşağı düşməsinin səbəbi yağışın az, ya da çox yağması ilə bağlı deyil. Bu bəhanədir. Elə olmayıb ki, heç yağış yağmasın. Bəzən çox, bəzən az da olsa yağır. Fasilələr olur. Lakin torpaqda lazım olan elementlər kifayət qədər olmadığı üçün nəmi saxlaya bilmir”.

"Yanvarda qar görmədik, bəs fevralda hava necə olacaq” sualına isə cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hava proqnozunu yalnız yaxın iki-üç gün ərzində vermək mümkündür:

 

"Yaxın üç gün ərzində isə ölkə ərazisindəki hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir. Əsasən yağmursuz hava olacaq, cənub şərq küləyi əsəcək. Hər hansı bir dəyişiklik olacaqsa, əvvəldən məlumat veriləcək”. 

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri