Icma.az
close
up
RU
Qışdan yaza keçid: bu aylarda baş verən boğaz ağrısını, necə müalicə etmək olar?

Qışdan yaza keçid: bu aylarda baş verən boğaz ağrısını, necə müalicə etmək olar?

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Boğaz ağrılarında istifadə etdiyimiz ən mühüm müalicə üsullarından biri limon suyu ilə qarqara etməkdir. Bu, necə edilir?

Sağlamolun.az mütəxəssislərin bu barədə söylədiklərini diqqətinizə çatdırır: 

* Bir stəkan ilıq suya təxminən yarım ya da bir bütöv limon sıxılır. Bununla gündə 3-4 dəfə qarqara edilir.

* Boğaz ağrısı üçün digər üsul xüsusilə təbii, qarışıqsız alma sirkəsinə batırılmış əski boğaza bir dəsmalla bağlanılır. Bunun həqiqətən çox faydası var. Digər tərəfdən, yaxşı olar ki, xəstənin ayaqları da sirkəli suya batırılmış əskiyə qoyulsun, istilənənə qədər orada qalsın, sonra götürülsün, ayaqlar qurulanaraq örtülsün.

* Boğaz ağrısı üçün gözəl üsullardan biri də çay qaşığının ucunda sarıkök (zerdeçal), zəncəfil tozu və çox az qara bibəri bir yemək qaşığı zeytunyağı ilə qarışdırıb içmək. Xüsusilə qrip və ya angina dediyimiz tonsillit xəstəliklərində boğaz ağrısını rahatladan gözəl bir qarışıqdır. 

* Boğaz iltihabında tətbiq olunan faydalı bitki müalicələrindən biri də torpaqdan təzə çıxan çuğundurun suyu ilə qarqaradır.

* Hər iki saatda bir boğazın çöl tərəfinə kələm yarpağı sarımaq da boğaz ağrısını yüngülləşdirir.

* Duzlu su ilə qarqara etmək də boğaz ağrılarını rahatladan təbii üsullardan biridir. Bir stəkan soyuq suda bir çay qaşığı duzu əridib qarqara edirik. Amma bu duzlu su ilə qarqara uşaqlar deyil, yetkinlər üçün tətbiq olunan bir üsuldur.

* Şalfey (adaçayı) bitkisi boğaz ağrılarında xüsusi bir yerə malikdir, soyuqdəymə, qrip və badamcıq infeksiyasında çox rahatlıqla istifadə edilir, diş əti, damaq və boğaz iltihablarına qarşı da çox təsirlidir. Şalfey həm qarqara edilə bilir, həm də ayrıca çay kimi də içilir. Tənəffüs sisteminə rahatlaşdırıcı təsir göstərir.

  Şalfeylə bağlı el arasında maraqlı bir deyim var: "Əgər həyətində şalfey əkmisənsə, nə gərək var ölməyə".

  13-cü əsrdən istifadə edildiyi məlum olan şalfey bitkisinin elmi dildə - botanikada adı “salvia”, latınca “salvere”dir ki, mənası “qorumaq”, “mühafizə etmək” deməkdir.

  Misirlilərin doğuşu artırmaq üçün istifadə etdikləri şalfey ilə antik yunan və Roma dövrü insanları əti qoruyurdu.

  Qurudulmuş şalfey otu və yarpaqlarının yandırılıb tüstüsünün evə, otaqlara verilməsi ilə isə dezinfeksiya edirdilər.  

  Qədimdən indiyə qədər gələn belə bir inanc da var ki, şalfeyi dəmləyərək çayını içən adam belə asanlıqla xəstə olmaz.

  Bu gün daha çox soyuqdəymə, qrip, boğaz ağrıları, səs batmasına qarşı istifadə edilən şalfey həm də depressiya, yaddaş itkisi, xərçəng və ürək narahatlıqlarına qarşı bir qoruyucudur.  

  Şalfey orta əsrlərdə vəbaya qarşı immunitet qazandıran "Dörd oğru sirkəsi" tərkibində də istifadə edilib.  

  “Dörd oğru sirkəsi” adını tarixi bir hadisədən alıb. 14-cü əsrdə indi Fransaya aid Marsilya şəhərində vəba epidemiyası yaşanır. Epidemiya bütün Avropanı bürüyür və o dövrdə o coğrafiyada 25 milyon insanın ölümünə səbəb olur. Dörd oğru isə vəbadan ölənlərin kəndlərindəki ev və dükanları soyur, ancaq bu xəstəliyə tutulmur. Bir gün bu oğrular vəbadan ölən qurbanlarını soyarkən cinayət başında yaxalanır. Haqlarında edam cəzası veriləcək, ancaq vəba xəstəliyindən necə qurtulduqlarını söyləsələr, əfv olunacaqlar. Onlar da bir sirkə ilə əllərini yuduqlarını və həm də bu sirkə ilə qarqara etdiklərini deyirlər. Oğrular əfv edilərək küçələrdə bu sirkənin hazırlanmasını insanlara göstərmələri qarşılığında buraxılırlar.

  O zamandan bəri əsrlərdir “Dörd oğru sirkəsi” adı ilə tanınan, içinə şalfey bitkisi də qatılmış sirkə bir çox xəstəliyin müalicəsində istifadə olunur. Soyuqdəymə və qripdə, boğaz və badamcıq ağrılarında, səs batıqlarında, hətta kovid infeksiyalarında belə şalfey məsləhət görüləsi ən faydalı bitkilərdəndir və Anadolu torpaqlarında qədimdən bəri çox sıx istifadə edilir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri