Icma.az
close
up
RU
Qiyamət günü radiostansiyası dəhşətli mesaj ötürdü İlk dəfə

Qiyamət günü radiostansiyası dəhşətli mesaj ötürdü İlk dəfə

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“UVB-76″ radiostansiyası dekabrın 11-də gün ərzində qəribə mesajlar ötürüb.

Oxu.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə stansiyanın “VKontakte” sosial şəbəkəsindəki qrupu məlumat verib.

“2024-cü il dekabrın 11-də “UVB-76” radiostansiyası tarixdə ən “çoxsözlü” ötürməni həyata keçirib – 24 mesaj”, – deyə paylaşımda bildirilib.

Həmçinin ötürülən siqnallarda açıqlanıb ki, bunların arasında “əlifba”, “ikinikahlılıq”, “tullantısız”, “bilyard”, “tutmaq”, “biotok”, “qeenna” (yəhudilik və xristianlıqda qiyamət gününün simvolu, islam dinində isə “cəhənnəm” sözünə bərabər tutulur – red.) və s. kimi sözlər olub.

Qeyd edək ki, “UVB-76” radiostansiyası “The Buzzer” kimi də tanınır və 4625 kHz tezliyində işləyir, qısa, monoton, uğultulu səsləri translyasiya edir.

Bir qayda olaraq, bu siqnallar və müdaxilələrdən başqa, radiostansiya heç bir şey vermir. Bəzən efirdə mənasız sözlər toplusu axını olur, bəzən “aqronom darvazadan çıxır” və ya rusca “şişmə xilasedici qayıq” kimi kiçik cümlələr ötürür, lakin bu, çox nadir hallarda baş verir.

“UVB-76″nın nəyə xidmət etdiyi barədə etibarlı məlumat yoxdur. Versiyalar diapazonu genişdir – nüvə sualtı qayıqları ilə danışıqlardan və nüvə raketlərinin buraxılmasına nəzarətdən tutmuş, yadplanetlilərlə kontaktların axtarışına qədər. Raketlərlə bağlı versiya səbəbindən “Buzzer”i həm də “Qiyamət günü” radiostansiyası adlandırırlar: guya o, nüvə münaqişəsi zamanı yuxarıdakı qərargahların ölümü halında raketlərin buraxılması üçün olan siqnalın avtomatik ötürülməsi məqsədilə nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri