Icma.az
close
up
RU
Qiyamət günü radiostansiyası İsrailin İrana zərbə endirməsindən əvvəl mesajlar göndərib

Qiyamət günü radiostansiyası İsrailin İrana zərbə endirməsindən əvvəl mesajlar göndərib

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"UVB-76" "Qiyamət günü" radiostansiyası İsrailin İrana zərbə endirməsindən əvvəl yeni mesajlar yayımlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "UVB-76 loqi" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, iyunun 12-də, Moskva vaxtı ilə saat 15:14-də (Bakı vaxtı ilə 16:14-də) radiostansiyanın efirində "NJTİ 22345 TKAÇOSAP 8394 7873" mesajı səslənib.

Xatırladaq ki, bundan əvvəl "Qiyamət günü" radiostansiyası iki yeni sirli mesaj yayımlamışdı. İyunun 4-də saat 19:51-də "Azotobask" və "Oşolin" sözlərini səsləndirmişdi.

Mayın 22-də isə "bezlobie" sözü, ardınca da "xryukostyaq" sözü yayımlanmışdı.

Qeyd edək ki, "UVB-76" daimi şəkildə monoton "vızıltı" səsi yayımlaması ilə tanınır və bəzən bu, anlaşılmaz ifadələr, rəqəmlər və ya mənasız söz ardıcıllığı ilə müşayiət olunur. Radiostansiyanın Rusiya Silahlı Qüvvələrinə aid olduğu güman edilir, lakin onun məqsədi barədə dəqiq heç nə məlum deyil.

Belə bir fikir də var ki, bu stansiya SSRİ-də soyuq müharibə illərində hazırlanmış "Perimetr" sistemi ilə əlaqəlidir. Bu sistemi isə ABŞ-də "Ölü əl" adlandırırlar. O, kommunikasiyaların pozulması halında kütləvi nüvə cavab zərbəsini avtomatik idarə etmək üçün nəzərdə tutulub. "Perimetr" baş qərargahdan verilən əməliyyat əmrlərinin idarəetmə mərkəzlərinə və döyüşə hazırlıq vəziyyətində olan fərdi raket buraxılış qurğularına etibarlı şəkildə çatdırılmasını təmin edir.

Bəzi qeyri-adi ifadələr hərbi məqsədlər üçün rabitə vasitəsi kimi istifadə edilə bilər. Fərziyyə var ki, səsli mesajların əsas məqsədi şəxsi heyətin nüvə sualtı qayıqları kimi hədəf obyektlərinə döyüş hazırlığını təsdiq etməkdir.

Həmçinin radiosiqnalların astronomik rəsədxanalarda istifadə üçün nəzərdə tutulmuş ola biləcəyi də düşünülür, hansı ki, ionosferdəki dəyişiklikləri təhlil edir və ya hətta yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaq üçün tətbiq edilir. Lakin bu çox sayda nəzəriyyələrin heç biri etibarlı faktlarla təsdiqlənməyib.

Raketlərlə bağlı versiya səbəbindən "Buzzer"i həm də "Qiyamət günü" radiostansiyası adlandırırlar: guya o, nüvə münaqişəsi zamanı qərar verən şəxslərin ölümü halında raketlərin buraxılması üçün olan siqnalın avtomatik ötürülməsi üçün nəzərdə tutulub.

Stansiyanın dəqiq yeri hələ də tam şəkildə müəyyən edilməyib. Əvvəlcə onun Qərb hərbi dairəsində, Moskva vilayətinin Povarovo kəndi yaxınlığında yerləşdiyi güman edilirdi, sonra Leninqrad vilayətinin Kerro kəndinə köçürüldüyü və hazırda Naro-Fominskdən fəaliyyət göstərdiyi ehtimal edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyun 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri