Qiymətləndiricilər Palatasının ilk iclası keçirilir
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının ilk iclası keçirilir.
Oxu.Az xəbər verir ki, tədbir qiymətləndirmə sahəsinin hazırkı vəziyyəti, gələcək inkişaf istiqamətləri və beynəlxalq təcrübələrin tətbiqi mövzularında aparılır.
Konfransda dövlət qurumlarının rəsmiləri, qiymətləndirmə sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssislər, habelə palatanın üzvləri iştirak edirlər.
Tədbir çərçivəsində panel müzakirələr təqdimatlar və interaktiv fikir mübadilələri aparılacaq.
Tədbirdə Qiymətləndiricilər Palatasının Nizamnaməsi və Əsasnaməsi təqdim ediləcək. Palata, həmçinin, peşəkar kadrların inkişafını təmin etmək məqsədilə təlim və sertifikasiya proqramlarını həyata keçirəcək.
Qeyd edək ki, Qiymətləndiricilər Palatası qiymətləndirmə xidmətlərinin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması və beynəlxalq standartlara uyğun müasir sistemin yaradılması istiqamətində fəaliyyət göstərir.
Daha çox şəkil burada: PhotoStock.az
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















