Icma.az
close
up
RU
Qiymətləndiricilər Palatasının rüblük fəaliyyəti müzakirə edildi

Qiymətləndiricilər Palatasının rüblük fəaliyyəti müzakirə edildi

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bu gün Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) bu ilin I rübünün yekunları ilə bağlı yığıncağı keçirilib.

Modern.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, tədbirdə AQP-nin yarandığı 3 ay ərzində həyata keçirdiyi işlər, əldə olunan nəticələr, gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.

Palatanın Rəyasət Heyətinin sədri Nüsrət İbrahimov çıxış edərək təşkilatın rüblük fəaliyyəti ilə bağlı hesabat verib və gələcək fəaliyyətlə bağlı strateji baxışlarını üzvlərin diqqətinə çatdırıb. O, bildirib ki, qiymətləndirmə sektorunun inkişafını təmin etmək hüquqi və nizamlayıcı bazanın formalaşdırılması, düzgün planlaşdırma və strateji yanaşmanın tətbiqi, qiymətləndiricilərin təlimi və sertifikasiyası, şəffaflıq və müstəqilliyin təmin edilməsi, qiymətləndirmə fəaliyyətində müasir texnologiyaların istifadəsi, monitorinq və nəzarət sisteminin həyata keçirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, potensial sifarişçi və maraqlı tərəflərlə davamlı əlaqələrin yaradılması vacibdir.

Həmçinin AQP sədrinin müavinləri Günay İsmayılqızı, Ayan Qəmbərova, İntizam Komissiyasının sədri Nahid Həsənov çıxış edərək qiymətləndiricilərin reyestri və üzvlük prosesi, dövlət qurumları ilə keçirilmiş görüşlər, əldə olunan nəticələr və əməkdaşlıq imkanları, qəbul edilən əsas qərarlar, maliyyə hesabatı, beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlıqlar, təlim və tədris fəaliyyəti, peşəkar inkişaf proqramlarının hazırlanması, qiymətləndiricilər arasında etik davranış və intizam qaydalarına riayət etmək və şəffaflığın gücləndirilməsi, Palataya daxil olmuş müraciətlər, həmçinin dempinqə qarşı mübarizə, qiymətləndirmə sahəsində ədalətli rəqabətin təminatı və digər məsələləri barədə məlumat veriblər. Bildirilib ki, hazırda 125 qiymətləndirici olmaqla, 85 şirkət Palatanın reyestrinə qəbul edilib və ölkə ərazisində qiymətləndirmə işləri yalnız bu qiymətləndiricilər tərəfindən aparıla bilər. Bununla bağlı bütün dövlət qurumlarına, müvafiq maliyyə təşkilatlarına rəsmi müraciətlər edilib.

Həmçinin tədbirdə qiymətləndiricilərin fəaliyyətinin vahid platforma üzərindən ifarə edilməsi məqsədilə yaradılan və istifadəyə verilən elektron portalın təqdimatı keçirilib.

Daha sonra Qiymətləndiricinin Etik Davranış Qaydaları, Qiymətləndirmə metodologiyaları, qiymətləndirmə faəliyyəti üzrə minimum xidmət haqları barədə sənəd müzakirə edilərək təsdiq edilib.

Həmçinin qiymətləndiriciləri maraqlandıran digər mövzular üzərində müzakirələr və fikir mübadiləsi aparılaraq Palatanın gələcək fəaliyyət planları ilə bağlı təkliflər verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Aprel 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri